Azərbaycanda problemli kreditləri olanları hansı güzəştlər gözləyir?

Azərbaycanda problemli kreditləri olanları hansı güzəştlər gözləyir?
10:27 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır (16 İyun 2017 16:05)
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu xarici valyutadadır (16 İyun 2017 15:27)
Azərbaycanda problemli kreditlərə dair banklarla müzakirələr başlayıb (30 May 2017 10:47)

Bakı. 13 noyabr. REPORT.AZ/ Azərbaycan banklarında problemli kreditlərin həcmi artmaqda davam edir və bu ilin fevralında milli valyutanın devalvasiyasından sonra vaxtı keçmiş kreditlərin həcmi 18,9% çoxalıb. Bununla yanaşı, problemli kreditlərin cəmi kredit portfelində xüsusi çəkisi də artır və 2005-ci ildən indiyədək ilk dəfə olaraq 7%-i keçib. "Report"un Mərkəzi Bankın (AMB) açıqladığı hesabata əsasən verdiyi xəbərə görə, cari ilin oktybarın 1-nə ölkə iqtisadiyyatına məcmu kredit qoyuluşu 19,1 mlrd. manat təşkil edib ki, bunun da 7,1%-i və ya 1,354 mlrd. manatının ödəniş vaxtı keçib. Bu isə öz növbəsində problemli kreditlərin cəmi kreditlərdə xüsusi çəkisinin 1,6 faiz artması deməkdir.
Son zamanlar mətbuatda dərc olunan məlumatlarda kreditini ödəyə bilməyən bəzi insanların çıxış yolunu intiharda görməsi göstərilir. Bəzi ekspertlər bu hallarda bankları günahlandırır, bəziləri isə kredit götürən insanların psixoloji durumunu sual altına alır. "Report" ölkədə fəaliyyət göstərən bank mütəxəssislərindən kreditini ödəyə bilməyən şəxslərlə işin necə qurulmasını, bankın məsuliyyətinin nə dərəcədə olmasını araşdırıb. Sorğu aparılan əksər banklarda cavablar bir-birini tamamladığından ümumiləşdirilmiş nəticəni təqdim edirik.
İlk növbədə qeyd edək ki, vaxtı keçmiş kreditlər kreditin əsas məbləği, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişlər müqavilədə göstərilən vaxtdan 30 təqvim günündən artıq gecikdirilmiş kreditlər sayılır. Yəni ümumilikdə kredit verilməsindən 60 gündən artıq keçdikdə kredit problemli hesab edilir.
Kredit ödənilmirsə, birinci xəbərdarlıq yazılır, 60 gün keçdikdə bankın problemli kreditlər şöbəsinə verilir, bu şöbə həmin müştəri ilə iş aparır, 90 günə çatanda iş hüquq departamanetinin tərkibindəki icra şöbəsinə verilir.
Problemli kreditlərlə işin aparılmasına dair hər hansı vahid qayda tətbiq olunmur, Mərkəzi Bankın konkret təlimatı olmadığı müəyyənləşib. Bu səbəbdən həmin kredit üzrə işə hər bank öz daxili qaydasına, müştərinin vəziyyətinə uyğun olaraq həll edə bilər.
Bankların problemli kreditlər şöbələrindən bildirirlər ki, Mərkəzi Bankın da tövsiyələrini nəzərə alaraq müştərilərlə əsasən görüşlər keçirilir və müştərinin cüzi də olsa ödəniş etmək istəyi varsa, hətta bugünkü maliyyə durumu imkan vermirsə belə, ona mütləq güzəştlər və möhlətlər verilir.
Müştərinin fırıldaqçılıq fikri yoxdursa, bankdan gizlənmirsə, kreditin müddəti uzadılır, aylıq ödənişləri 50%-dək azaldılır, yaxud ödəniş güzəşti verilir ki, müştəri bir neçə ay ödəniş etməsin, 2 aydan bir, rübdə bir dəfə ödəsin, faizi aşağı salınır, dollardan ehtiyat edənlərin krediti manata keçirilir, yaxud hansısa gecikməsinə görə cəriməsi bağışlanılır. Yəni tədbirlər kompleksi ilə müştərilərə maksimal seçimlər verilir.
Hətta bəzi banklar gecikmənin məhkəməyə göndərilməsi müddətini də uzadıb. Belə ki, kreditin məhkəməyə getməsi banklar üçün də sərfəli məqam deyil. Bunun üçün həm işçi vaxtı gedir, həm də adətən məhkəməyə gedən müştərilər psixoloji amillərə görə ödənişi saxlayırlar. Əgər əvvəllər gecikmə 3-4 ay ərzində dərhal məhkəməyə verilirdisə, hazırda müştərilərlə işin müddəti daha da artırılıb.
İctimaiyyət arasında ən çox müzakirə olunan məsələlərdən biri bank tərəfindən əmək haqqıya qoyulan tutulmalar, mülkün müsadirəsi məsələsidir. Məsələnin hüquqi tərəfinə baxdıqda bankın gecikmə edən müştərinin əmək haqqını kəsməyə, hər hansı bir girova qarşı addım atmağa heç bir ixtiyarı yoxdur. Müştəri özü bankla razılığa gəlib könüllü girovunu satıb borcunu bağlaya bilər. Amma müştərinin əmək haqqının tutuma yönəldilməsi üçün mütləq məhkəmənin qərarı olmalıdır. Əmək haqqından ödəniş tutulmasını belə məhkəmə icraçısının icra vərəqəsi əsasında əmək haqqını verən orqan həyata keçirir.
Məhkəmələr isə insanın yaşayış minimumunu nəzərə alaraq əmək haqqını tutuma yönəldir. Misal üçün, 2 min manatlıq əmək haqqından tutuma 1500 manat yönəldilirsə, 200 manatlıq əmək haqqı alana adətən əmək haqqının 50%-ə qədəri ödənişə yönəldirlər.
Yuxarıda qeyd olunan məsələlərdə istisnalar o hallarda olur ki, bank müqavilələrində qeyd olunduğu kimi müştərinin cari hesabına vəsait daxil olan zaman onun gecikmiş krediti üçün silinə bilər.
Hüquqşünas Əkrəm Həsənov "Report"a bildirib ki, problemli krediti olan müştərinin intiharında bank heç bir hüquqi məsuliyyət daşımır. Onun sözlərinə görə, bəzi hallarda isə bankın maddi məsuliyyəti olur: "Bu məsələdə intihar etmə həddinə çatdıran bank işçisi məsuliyyət daşıyır, amma bank məsuliyyət daşımır. Digər tərəfdən, əgər vətəndaşı qorxudan bankın işçisi deyil, hazırda banklar tərəfindən vətəndaşlardan həmin borcu tələb etmək üçün cəlb etdikləri kollektor şirkətinin nümayəndəsidirsə, bu halda bankın ölən şəxsin varisləri qarşısında maddi məsuliyyəti yaranır. Çünki bank işi kollektor şirkətinə tapşırmaqla bank sirrini pozur. Bankın ixtiyarı yoxdur ki, müştərisinin borcu haqqında məlumatı 3-cü şəxsə versin".
Psixoloq Aynur Bəbirova isə "Report"a bildirib ki, kreditlərini vaxtında ödəməyən insanlara pisxoloji dəstək lazımdır. O təəssüflə qeyd edib ki,  hazırda ölkədə belə sosial mərkəzlər yoxdur: "İnsanlar fərqlidirlər və yanaşmaları da fərqli olmalıdır. Kimisi ekstremal situasiyada daha da aktiv olur, gizli potensialı üzə çıxır. Kimisi isə çətinliyə düşdükdə duruxub qalır, beyin müəyyən anda donur. Bu insanlara psixoloji dəstək sözsüz ki, lazımdır. İnsanlara psixoloq yaxud iqtisadçı tərəfindən kiçik işıq yolu göstərən olsa, düşünürəm ki, heç vaxt onlar intiharı çıxış yolu kimi seçməzlər". O qeyd edib ki, psixoloq problemli kreditlə bağlı gərginlik yaşayan insanın ən son ağlına gələn adamdır: "Psixoloq əlavə xərcdir. Belə insanlara psixoloqdan daha çox iqtisadçı və hüquqşünasların yardımı faydalı olar. Çünki çıxış yolunu onlar göstərə bilər".

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycan prezidenti Polşaya səfər edib

26 İyun 2017 20:14

Memar şirniyyat bişirmək qərarına gələrsə, nə baş verər?! - FOTO

26 İyun 2017 20:12

Azərbaycan Prezidenti İlham Əliyev Polşaya rəsmi səfərə gəlib

26 İyun 2017 20:08

AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı "Aeroflot"dan izahat tələb edəcək

26 İyun 2017 20:07

Beyləqanda yanğın olub

26 İyun 2017 20:05

Aygün Kazımova və Ceyhunun dueti alınmadı - VİDEO

26 İyun 2017 19:57

NASA yadplanetlilərin bir addımlığında

26 İyun 2017 19:53

Niyə kişilər özlərindən böyük qadınları seçir? - SƏBƏBLƏRİ

26 İyun 2017 19:52

Adamyeyən qəbilənin görüntüləri - FOTO

26 İyun 2017 19:47

Son 20 ildə ilk dəfə... -

26 İyun 2017 19:47

Daşkəsəndə kabab çəkən gənc ehtiyatsızlıqdan özünü yandırıb

26 İyun 2017 19:42

Messiyə növbəti şok

26 İyun 2017 19:42

Su pəriləri haqda həqiqət ÜZƏ ÇIXDI: sən demə... - FOTO

26 İyun 2017 19:37

Kabab bişirən zaman yanıq xəsarətləri alıb

26 İyun 2017 19:37

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar

26 İyun 2017 19:32

Batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

26 İyun 2017 19:27

Trampın miqrasiya barədə fərmanı qismən qüvvəyə minib

26 İyun 2017 19:27

İsrail Suriyanın hərbi bazasını bombaladı

26 İyun 2017 19:23

Yapon qadınlarının gözəllik SİRRİ: ayda iki dəfə...

26 İyun 2017 19:22

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilib -

26 İyun 2017 19:20

Şirvan sakini Bakıda piyadanı vurub öldürüb

26 İyun 2017 19:19

Oğurluqda ittiham edilən prezidentin qızı rəzil oldu - FOTO

26 İyun 2017 19:18

ABŞ Ali Məhkəməsi Trampın immiqrasiya fərmanı üzrə məhkəmə qərarlarını ləğv etməyə hazırdır

26 İyun 2017 19:17

La Liqaya yüksələn son komanda müəyyənləşdi

26 İyun 2017 19:12

Pakistanda yanğın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb

26 İyun 2017 19:08

İtaliyanın yeni prezidenti Berluskoni olacaq

26 İyun 2017 19:08

Mingəçevir Su anbarında çimərkən batan şəxs xilas edilib

26 İyun 2017 19:07

Yoahim Löv üçün 2 "yüz"

26 İyun 2017 19:05

Kartından artıq pul silindiyini düşünən müştəri baltaya əl atdı

26 İyun 2017 18:57

London sakinləri küçələrə axışdı - "ƏDALƏT İSTƏYİRİK"

26 İyun 2017 18:53

Oksana küsülü olduğu Natavan haqda: "İstəsəm, barışaram"

26 İyun 2017 18:52

Makiyajsız və selülitli İrem Derici - FOTO

26 İyun 2017 18:52

Hindistanda dörd əli və dörd ayağı olan uşaq doğulub

26 İyun 2017 18:47

Mükafat mərasiminə yarıçılpaq getdi - FOTO

26 İyun 2017 18:47

Zidan "Real"dan gedir - HARA?

26 İyun 2017 18:47

Ərinin sürprizi Ebrunu kövrəltdi - FOTO

26 İyun 2017 18:42

Balotelli qərarını verdi

26 İyun 2017 18:37

Məşhur model eşq arayır - FOTO

26 İyun 2017 18:32

Banka borcu olan müğənnilərin SİYAHIsı

26 İyun 2017 18:32

"Hababam sınıfı"ndakı o səhnənin sirri 40 il sonra açıldı - FOTO

26 İyun 2017 18:32

Avropa nəhəngi türk futbolçu alır: 30 milyon (RƏSMİ)

26 İyun 2017 18:27

Fransa prezidentindən Rusiyaya qarşı SƏRT BƏYANAT

26 İyun 2017 18:23

Türkan Şorayın qızı ögey bacısı ilə bu serialda bir araya gəldi - VİDEO - FOTO

26 İyun 2017 18:22

Qubada “Opel”lə “VAZ21074” toqquşub

26 İyun 2017 18:19

Uşağı 40 saniyədə yatırmağın üsulu

26 İyun 2017 18:16

"Bizi məğlub etmək Portuqaliya üçün asan olmayacaq"

26 İyun 2017 18:12

12 yaşında atdığı bu addım onu MİLYONÇU ETDİ

26 İyun 2017 18:08

Millimizin futbolçusu bir oyunda 24 qol gördü!

26 İyun 2017 18:07

Samir rus klubunda yenə oynadı - bəyəniləcəkmi?

26 İyun 2017 18:07

Bred Pitə görə milyarder ərindən boşandı - FOTO

26 İyun 2017 18:05