Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bir ayda “Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

Bir ayda “Elektron hökumət” portalına 355 minə yaxın daxilolma qeydə alınıb

Azərbaycanda 5 min eşşək yoxa çıxıb (23 Mart 2017 10:38)
“Poçtap” xidməti "Elektron hökumət" portalına inteqrasiya edildi (17 Mart 2017 16:35)
“Elektron hökumət” portalına müraciət edənlərin sayı artıb (07 Mart 2017 19:07)

Tarix: 13 Noyabr 2015 10:31

“Elektron hökumət” portalına daxilolmaların sayı sürətlə artmaqda davam edir.
 
“ICTnews” elektron xəbər xidmətinin “Elektron hökumət” bülleteninin noyabr buraxılışına istinadən verdiyi məlumata görə, təkcə oktyabr ayında portala 354,607 daxilolma qeydə alınıb.
 
Portala müraciət edənlərin ümumi sayı isə 108,319 nəfər olub. Həmin şəxslər 1,439,982 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 746,559 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 39 saniyə təşkil edib.
 
Oktyabr ayı ərzində portala müraciət edənlərin 20.2 faizini yeni istifadəçilər, 79.8 faizini isə təkrar müraciət edənlər təşkil edib.
 
Onu da qeyd edək ki, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin oktyabr ayının 31-ə qədər portala ümumilikdə 9,537,237 daxilolma qeydə alınıb.
 
CAHANGİR


Teqlər:  ayda Elektron hökumət portalına 355 minə yaxın daxilolma qeydə alınıb



RƏYLƏR


Top xəbərlər