Bakıya axan qeyri-rəsmi pullar

Bakıya axan qeyri-rəsmi pullar
10:36 13 Noyabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana daxil olan pul köçürmələri ötən ilin müvafiq dövrünə baxanda 31,9% azalaraq 863 milyon dollara bərabər olub. 2014-cü ilin yanvar - sentyabr aylarında ölkəyə 1 milyard 267 milyon manat vəsait daxil olmuşdu.

ANS PRESS-in araşdırmasına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB)2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında bildirilir.

Xaricdən Azərbaycana pul köçürmələrinin azalması əsasən iki səbəblə izah edilir. Birinci səbəb kimi Rusiyadan pul köçürmələrinə görə bankların daha yüksək faiz tələb etməsi göstərilir. “Əvvəllər pul köçürəndə əsas məbləğin 3%-in tələb edirdilər, indi 8% istəyirlər. Ona görə də pul göndərənlərin əksəriyyəti daha ucuz başa gələn qeyri-rəsmi yollara əl atırlar”,- deyə adının gizli qalmasını istəyən azərbaycanlı miqrant ANS PRESS-ə bildirib.

Son üç ildə Azərbaycana daxil olan pul baratları, mln.$



Onun dediyindən belə çıxır ki, bankların köçürməyə görə yüksək faiz tələb etməsinə görə əmək miqrantları gizli fəaliyyət göstərən qruplaşmalara müraciət edirlər: “Bu adamlar məsələni telefonla həll edirlər, pul bir-iki dəqiqənin içində Azərbaycandakı adama çatır. Yəni Moskvada pulu alan qeyri-rəsmi bankirin adamı Bakıda eyni dəqiqədə pulu müştərinin adamına çatdırır. Təbii ki, üzərində 1-2% götürür”.

ANS PRESS-in moskvalı müsahibinin dediyinə görə, Azərbaycanın müxtəlif bölgələri üzrə bu cür etibar qazanmış köçürmə qrupları fəaliyyət göstərir: “Belə daha rahat olur. Adamlar banka getmədən, işdən ayrılmadan məsələni elə həll edirlər”.


Azər Mehdiyev - İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri


Pul köçürmələrinin azalmasının əsas səbəbi isə Azərbaycanın əmək miqrantlarının əsasən üz tutduğu Rusiyada vəziyyətin ağırlaşması ilə bağlıdır. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, Rusiyadan gələn vəsaitlərin azalması Azərbaycanın, demək olar ki, bütün regionlarında özünü göstərir.

“Rayonlarda bir çox ailələr Rusiyadan gələn köçürmələr hesabına dolanır. İndi gələn pul azaldığından camaatın istehlak səviyyəsi də aşağı düşüb. Bu, ticarətdən tutmuş əmlak bazarına qədər bütün sahələrə təsir edir. Rusiyadan gələn pulların azalması üzündən banklar hətta əhaliyə kredit vermək istəmirlər”,- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.

Manatın devalvasiyası üzündən bazarda baş verən bahalaşma əhalinin vəziyyətini daha da ağırlaşdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycanda ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 19,3% artıb.

Azər Mehdiyevin fikrincə, dövlət bu problemi həl etmək üçün əyalətlərdə yeni iş yerlərinin yaradılmasının qeydinə qalmalıdır: “Bunun üçün rayonlarda kiçik və orta biznesə müdaxilələrin qarşısı alınmalı, biznesdə azad rəqabət mühiti yaradılmalıdır. İcra hakimiyyətləri biznes təşəbbüslərinə dəstək verməlidir”.

Azərbaycan ailələrinin istehlak xərclərinin əvvəlki ilə nisbətən dəyişməsi (%-lə)



Hökumət pul köçürmələrində də faizlərin aşağı salınmasına nail olmalıdır. Azərbaycan vətəndaşının qeyri-rəsmi fəaliyyət göstərən pul köçürmə qruplaşmalarına müraciət etməsinin həm müştərilər üçün, həm də dövlət üçün arzuolunmaz tərəfləri var. Birincisi, rəsmi dövriyyədən kənarada qalan vəsaitlər vergi nəzarətindən də kənar olur, nəticədə dövlət büdcəsi xeyli vəsait itirir. Həm də sadə vətəndaşlar pulu heç bir sənəd imzalmadan cinayətkar qruplaşmalara etibar edirlər. Bu isə yeni cinayətlərə səbəb ola bilər.

Əmək miqrantları 2-3%-lə xidmət göstərən beynəlxalq pulköçürmə xidmətlərinə də müraciət edə bilər. Amma onların xidmətindən yalnız iri şəhərlərdə istifadə etmək mümkündür. Əhali əsasən ölkə üzrə geniş şəbəkəyə malik banklara etibar edir. Buna görə də hökumət bu cür banklarda köçürmə faizlərinin azaldılmasının da qayğısına qalmalıdır.

Bakının çökən sahəsi

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Roma" "Beşiktaş"dan 2 futbolçu almaq istəyir

25 May 2017 11:17

Bahar fəslində yaranan yorğunluqdan necə xilas olaq?

25 May 2017 11:15

Qəhvə hazırlayan telefon örtüyü istehsal edildi

25 May 2017 11:15

Məşhur televiziya proqramında dava: qadınlar əlbəyaxa oldu

25 May 2017 11:14

Trampdan ÖLÜM ZƏRBƏSİ: Ermənistanı uçuruma yuvarlanır

25 May 2017 11:13

14 yaşlı qızı 28 nəfər zorladı - FOTO

25 May 2017 11:12

Avropa Liqasının finalında mübahisə - FOTO

25 May 2017 11:12

Azərbaycanın voleybol millisi bu gün Almaniya yığması ilə qarşılaşacaq

25 May 2017 11:12

"Heç kəsə medallarıma toxunmağa icazə vermirəm"

25 May 2017 11:10

Azərbaycan dəyərlərinin öyrənilməsi üçün Paraqvay ali məktəblərində Azərbaycanşünaslıq Kafedrası açılmalıdır

25 May 2017 11:08

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ən yaddaqalan məqamlar (FOTO - II HİSSƏ)

25 May 2017 11:08

Surkovun ordusu, Qarabağda döyüşən muzdlular - FOTO

25 May 2017 11:05

Leninin Atatürk QORXUSU: SSRİ Türkiyəni niyə işğalı edə bilmədi? – TARİXİN GİZLİNLƏRİ

25 May 2017 11:03

Azərbaycan və Tümen vilayəti neft-qaz maşınqayırması sahəsində birgə müəssisənin yaradılması məsələsini müzakirə edir

25 May 2017 11:02

Ramazan ayında nələrdən uzaq durmalısınız?

25 May 2017 11:02

Ermənilər Şuşada aeroport açdılar - FOTO

25 May 2017 10:58

Xankəndindən Şuşaya 70 dollara təyyarə uçur?

25 May 2017 10:57

Mançester terror qurbanlarından biri türk çıxdı - FOTO

25 May 2017 10:57

"Real" ulduzunu bu kluba satır - 60 milyona

25 May 2017 10:57

Norm Sement KSM layihəsi çərçivəsində Norm Ustalar Klubunun üzvləri üçün təlimlər təşkil edib (FOTO)

25 May 2017 10:55

Mineralnıye Vodıda TƏHLÜKƏ: Sakinlər təxliyə edilir

25 May 2017 10:55

Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək

25 May 2017 10:53

"Kapital Bank"ın dəstəyi ilə keçirilən “Made in Azerbaijan-2” layihəsi yekunlaşıb

25 May 2017 10:52

Bu görüntülər Bakıda çəkildi

25 May 2017 10:49

İyunda neçə gün iş olmayacaq?

25 May 2017 10:48

Tanınmış aparıcıya sürpriz: 1001 qızılgül - FOTO

25 May 2017 10:47

Azərbaycanda bəzi siqaretlərin qiyməti 30%-dək ucuzlaşıb

25 May 2017 10:47

3 nazirlik yandırıldı - Braziliya çalxalanır - FOTO

25 May 2017 10:47

ABŞ Dövlət Departamentinin nümayəndəsi 28 May-Respublika Günü münasibətilə keçirilən tədbirə qatılıb

25 May 2017 10:47

Samira ilə qızı Antalyada - FOTO

25 May 2017 10:47

Azərbaycan idmanına AĞIR İTKİ: qələbəni qeyd edərkən öldü

25 May 2017 10:43

Ordu Günü ilə Ramazan bayramı üst-üstə düşür - Qeyri-iş günlərinin sayı artırıldı

25 May 2017 10:43

Türk müğənnisi həbs oluna bilər - FOTO

25 May 2017 10:42

YPX avtomobili harada dayanmalıdır? - Təlimat üzrə cavab

25 May 2017 10:42

Azərbaycanda güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayır

25 May 2017 10:42

Mançester terrorunda ölənlər arasında

25 May 2017 10:41

Məşhur aktyorun qardaşı qızı ilin ƏN SEKSUAL QADINI SEÇİLDİ - FOTOLAR

25 May 2017 10:38

Gəncədə intihar

25 May 2017 10:38

Bakıda nazirliyin qarşısında ağır qəza: ölən var

25 May 2017 10:37

Azərbaycan nefti bahalaşdı

25 May 2017 10:37

Qaxda 8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi yekunlaşır

25 May 2017 10:36

"İslam Həmrəyliyi İli"nə həsr olunmuş çempionat keçiriləcək

25 May 2017 10:36

Üç yeni “Sony” smartfonu nümayiş olunacaq

25 May 2017 10:35

Bu ixtisas qrupları üçün növbəti sınaq imtahanı

25 May 2017 10:33

Baş nazir bu göllərin sərhədləri haqda qərar verdi

25 May 2017 10:32

Rusiyanın "İsgəndər-M" raket kompleksləri ilk dəfə istifadə olundu - Tacikistanda

25 May 2017 10:29

Ərdoğan dünya liderləri ilə görüşə getdi

25 May 2017 10:28

Azərbaycanda sürücülərin cərimələrdən dərhal xəbərdar olması üçün yeni SMS Radar xidməti istifadəyə verilib

25 May 2017 10:27

Arda Aslıhana geri döndü - FOTO

25 May 2017 10:27

Qubernator: "Tümen Azərbaycan məhsullarının Rusiyanın şərq hissəsinə tədarükü üçün mühüm rol oynaya bilər"

25 May 2017 10:27