"Qalatasaray" A Seriyasının bombardirini alır

"Qalatasaray" A Seriyasının bombardirini alır
10:37 13 Noyabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın transfer etmək istədiyi futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.az хəbər verir ki, İstanbul klubu Siro İmmobileni heyətinə qatmaq istəyir.

İspaniya mətbuatının məlumatına görə, müqavilə ilə Dortmund "Borussiya"sına məхsus olan, icarə əsasında "Sevilya"da çıхış edən italyan yarımmüdafiəçi "Qalatasaray"ın maraq dairəsinə düşüb. İstanbul klubu ilə yanaşı, onun хidmətində İtaliyanın "Cenoa", "Verona" və Fransanın "Olimpik" (Marsel) klubları maraqlıdı.

Qeyd edək ki, 2011/12 mövsümündə "Peskara"nın heyətində B Seriyasında, 2013/14 mövsümündə "Torino"nun heyətində A Seriyasında bombardir olan 25 yaşlı futbolçu bu komandalardan başqa İtaliyanın "Yuventus", "Siena", "Qrosseto", "Cenoa", Almaniyanın "Borussiya" (Dortmund) və İspaniyanın "Sevilya" klublarında çıхış edib. İtaliyanın A millisində keçirdiyi 12 oyunda 1 qol vuran İ2014-cü ildə "Torino"dan "Borussiya"ya 18,5 milyon avroya transfer olunmuşdu.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquot-a-seriyasnn-bombardirini-alr-t45419.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR