Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda yeni növ gürzə tapılıb - FOTO

Azərbaycanda yeni növ gürzə tapılıb - FOTO

Date: 13 November 2015 10:42

AMEA Zoologiya İnstitutu, Herpetologiya laboratoriyasının əməkdaşları (biologiya üzrə fəlsəfə doktorları S.Əhmədov, T.İskəndərov, S.Bünyatova, kiçik elmi işçilər G.Qasımova, G.Qasımova) Quba-Xaçmaz zonasının herpetofaunası üzrə tədqiqatlar aparıblar. İnstitutdan Milli.Az-a verilən məlumata görə, araşdırmalar nəticəsində Azərbaycanda Böyük Qafqazın yüksək dağlıq əraziləri üçün yeni, gürzələr (Viperidae) fəsiləsinə aid olan ilan növü (Pelias lotiyevi - Lotiyev başıqalxanlısı) aşkar edilib.

Bu növün dünya üzrə arealı Şimali Qafqaz regionudur və Böyük Qafqazın şimal yamacları boyu (Soçi ş. ətrafı) ərazilərindən Dağıstan-Azərbaycan sərhədinə qədər uzanan kserofit dağlıq ərazilərini  (dən.səv. hünd. 1000-2500 m) əhatə edir. Lotiyev başıqalxanlısının  Azərbaycanda da (Dağıstanla həmsərhəd dağlıq ərazilərdə) yayılması  ehtimal olunurdu. Əldə edilən tapıntı sübut etdi ki, Gürzələr (Viperida) fəsiləsindən olan Lotiyev başıqalxanlısı  Azərbaycanda Böyük Qafqazın şimal yamaclarında yayılıb.
Hələlik bu növə Azərbaycanda yalnız Quba rayonu hüdudunda dəniz səviyyəsindən 1900-2300 m hündürlükdə yerləşən subalp dağlıq ərazilərində (Xınalıq kəndi ətrafı) rast gəlinib. Hazırda növün vertikal və horizontal istiqamətlərdə yayılmasını öyrənmək planlaşdırılır.

Milli.A




Tags:  Azərbaycanda yeni növ gürzə tapılıb FOTO


RƏYLƏR


Top news