“İnformasiya texnologiyalarının tədrisə tətbiqi” mövzusunda konfrans

10:43 13 Noyabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Qərb Universitetində “İnformasiya texnologiyalarının tədrisə tətbiqi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların mütəxəssislərinin, professor və müəllimlərin iştirak etdikləri konfransda universitetin prorektoru Rəna Babayeva mövzunun əhəmiyyətindən danışıb.
Konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.
Sonra tədrisdə informasiya texnologiyalarından (İT) istifadə etməklə plagiatlığın yoxlanılması metodları, İT tətbiqinin müxtəlif yollarından, o cümlədən plagiatlığın yoxlanılması üsulları ədədi üsulların proqram paketinin hazırlanması və digər riyazi məsələlərin həlli üsulları (proqramlaşdırma dillərindən istifadə etməklə) haqqında müzakirələr aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Informasiya_texnologiyalarinin_tedrise_tetbiqi_movzusunda_konfrans-901609

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR