“Qanlı Yanvar” filmi Estoniyada beynəlxalq festivalında nümayiş olunacaq

“Qanlı Yanvar” filmi Estoniyada beynəlxalq festivalında nümayiş olunacaq
10:48 13 Noyabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Rejissor Vahid Mustafayevin ekranlaşdırdığı “Qanlı Yanvar” filmi növbəti festivala hazırlaşır.
AZƏRTAC “ANSPRESS”ə istinadla xəbər verir ki, ölkəmizin ən yeni tarixində baş verən hadisələri özündə əks etdirən ekran əsəri bu dəfə Estoniyanın paytaxtı Tallində keçiriləcək 18-ci Beynəlxalq “Black Nights” film festivalında təmsil olunacaq.
Festivalın mətbuat xidmətindən bildirib ki, Azərbaycanı təmsil edən “Qanlı Yanvar” bu ilki festivalda tarixi fakta əsaslanan üç filmdən biridir. “Ümumiyyətlə, istənilən filmin tarixi faktlara əsaslanması onun təsir gücünü daha da artırır. Bu ilki 28 dünya premyerası arasında Vahid Mustafayevin “Qanlı Yanvar” filmi də var. Filmin tarixi fakta əsaslanması, müəyyən bir mədəniyyəti təmsil etməsi, bizim üçün yeni təcrübədir”, - deyə festivalın mətbuat katibi Hannes Aava bildirib.
Ekran əsəri noyabrın 15-də nümayiş olunacaq. Daha sonra filmin noyabrın 27 və 28-də təkrar nümayişi gözlənilir. Noyabrın 14-də start götürəcək film festivalında 264 dövlət təmsil olunur.
Qeyd edək ki, Tallində 1997-ci ildən bəri keçirilən Avropanın ən iri festivallarından olan “Black Nights” film festivalı Ümumdünya Prodüserlər Assosiasiyasi (FIAPF) tərəfindən akkreditə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qanli_Yanvar_filmi_Estoniyada_beynelxalq_festivalinda_numayis_olunacaq-901610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR