Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda çökən yola xüsusi briqada cəlb edilib - FOTO

Bakıda çökən yola xüsusi briqada cəlb edilib - FOTO

Date: 13 November 2015 10:52

Bakının Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində çökən yolda yaranmış yarğanın aradan qaldırılması üçün ərazidə briqada işləyir.

Bunu Trend-ə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, yaranmış yarğan zamanı xəsarət alan olmayıb və vəziyyət yayılan məlumatlardakı qədər ciddi deyil: "Hadisə baş verdiyi saatlardan başlayaraq, Bakı Su Kanalı və Binəqədi Su Kanalı İdarələrinin əməkdaşları əraziyə cəlb olunublar. Ərazi çəpərlənib. Artıq köhnə borunun qalıqları ərazidən çıxarılıb. Yeni dəmir boru qəzalı hissəyə yerləşdiriləcək və onun ətrafı betonla tam kipləşdiriləcək. Bununla da qəza tam aradan qaldırılacaq. Yarğan yolda tıxaca səbəb olmayıb. Yolda hərəkət normal rejimdədir".

Qeyd edək ki, dünən axşam saatlarında Cəfər Xəndan küçəsində yol çöküb. Ərazidən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

Yol kənarında dayanmış "Nissan" markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və yarğana düşüb. Şəxsin xəsarət almadığı bildirilir.

Milli.Az







Tags:  Bakıda çökən yola xüsusi briqada cəlb edilib FOTO


RƏYLƏR


Top news