Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

TQDK nəzarətçilərin qeydiyyat sistemini elektronlaşdırır

TQDK nəzarətçilərin qeydiyyat sistemini elektronlaşdırır

Date: 13 November 2015 10:54

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) test imtahanlarına ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə yaradılmış “Nəzarətçilərin elektron qeydiyyatı”sistemi ilə işləyəcək ümumtəhsil müəssisələri tərəfindən cavabdeh şəxs qismində təyin olunan əlaqələndiricilərlə treninq keçirilib. 
 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, treninqdə Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, həmçinin qeyd olunan şəhərlərdə məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri iştirak ediblər. 
 

TQDK-nın Təşkilati-metodik təminat və təlimlər sektorunun müdiri Adıgözəl Həbibov iştirakçılara "Nəzarətçilərin elektron qeydiyyatı" sisteminin strukturu, funksiyaları, sistemlə işləmək qaydaları haqqında ətraflı məlumat verib. A.Həbibov həmçinin qarışda duran vəzifələri, o cümlədən bazaya daxil edilmiş nəzarətçi-müəllimlərin şəxsi və digər zəruri (sosial sığorta kartının nömrəsi, əmək haqqının ödənilməsi üçün bank rekvizitləri və s.) məlumatlarının bir daha dəqiqləşdirilməsini, yeni nəzarətçilərin qeydiyyatının aparılmasını, əmək müqavilələrini bağlanmasını diqqətə çatdırıb. 


Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemi ilə işləyəcək ümumtəhsil müəssisələrinin əlaqələndiriciləri ilə treninqlər TQDK-nın regional bölmələrinin əməkdaşları tərəfindən regionlarda da davam etdirilir.


Tags:  TQDK nəzarətçilərin qeydiyyat sistemini elektronlaşdırır

RƏYLƏR


Top news