Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Xalik Məmmədov: "SOCAR-ın meqalayihələrinə12 minədəkdaimi işçi tələb olunacaq"

Date: 13 November 2015 10:57

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "İnsan resursları forumu-Bakı 2015"də (HR Forum Baku 2015) çıxışı zamanı SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.
X.Məmmədov qeyd edib ki, SOCAR-ın Azərbaycanda 55 minə yaxın işçisi var ki, onların 17%-i qadın, 83%-i kişidir. "İşçilərin 12%-i rəhbər, 18%-i mütəxəssis, 1%-i texniki xidmətlərlə məşğul olur, işçilərin 69%-ni isə fəhlələr təşkil edir. Elmi dərəcəsi olan işçilərin sayı 260 nəfərdir ki, onların 14%-i elmlər doktorudur, 86%-i fəlsəfə doktorudur. Ali təhsillilər 32%, orta ixtisas təhsilli işçilırin xüsusi çəkisi 13%dir, 5% peşə təhsillidir, qalan 50% isə orta təhsillidir".

Tags:  Xalik Məmmədov SOCAR-ın meqalayihələrinə12 minədəkdaimi işçi tələb olunacaq


RƏYLƏR


Top news