İki qadını öldürməkdə təqsirləndirilib ömürlük həbs olunan şəxsin işi apellyasiyada

İki qadını öldürməkdə təqsirləndirilib ömürlük həbs olunan şəxsin işi apellyasiyada
10:59 13 Noyabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Gümrüdə 7 ermənini öldürdüyünə görə ömürlük həbs cəzası alan rus hərbçi cəzasını Rusiyada çəkəcək (18 May 2017 11:22)
“Reina” terrorçusuna tələb olunan cəza– REKORD HƏBS (09 May 2017 16:38)
İnterpol adam öldürən azərbaycanlı barədə axtarış elan edib (08 May 2017 20:01)

 

Bakı Apellyasiya Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilib, ömürlük azadlıqdan məhrum olunan Aydın Qəhrəmanovun şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə ölən şəxslərin cəsədlərini ekspertiza edən Nuru Allahyarov və Kənan Məmmədov ifadə veriblər.

Hadisə 2008-ci ildə olduğundan Nuru Allahyarov verdiyi ekspert rəyini işin içindən çıxararaq oxuyub.  N. Allahyarovun imzaladığı rəyə görə, Samirə Yəhyayevanın ölümünə səbəb antidepressant dərman  olan "Finlipsin" olub, digər tərəfdən  S. Yəhyayevanın meyitinin daxili üzvlərinin hissələrində məhkəmə-kimya tədqiqatı zamanı təbii tərkibindən üstünlük təşkil edən bir sıra metallar (arsen, mis, sink və s.) aşkar edilib. Bu da onu göstərir ki, S. Yəhyayeva xəstəxanaya daxil olmamışdan əvvəl qeyd olunan metal duzlar onun orqanizminə daxil olub.

 

Ölən digər şəxs Aidə Yəhyayevanın meyitini ekspertiza edən Kənan Məmmədov da ifadə verib. O, ifadəsində ölən şəxsin meyit nümunələrini yoxladığını bildirib. Ekspert bildirib ki, A. Yəhyayevanın  meyit nümunələrində tapılan 17,55 mq/kq qurğuşun onun ölümünə səbəb olub. K. Məmmədov 2008-ci ildə verdiyi rəyi təsdiqləyib.

 

K. Məmmədov eləcə də, təqsirləndirilən Aydın Qəhrəmanovun tük və dırnaq nümunlərini ekspertiza etdiyini bildirib. O, Aydın Qəhrəmanovda 15 mq/kq qurğuşun aşkarlandığını qeyd edib.

Məhkəmə prosesi noyabrın 19-da davam edəcək.

 

İttihama görə, Aydın Qəhrəmanov Aidə Yəhyayeva ilə qeyri-rəsmi yaşayıb. O, Aidənin bacısı Naziləyə məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşüb. Onun bu niyyətindən Aidənin digər bacısı İndira duyuq düşüb. Buna görə də İndira ilə Aydın Qəhrəmanovun arasında narazılıq yaranıb. O, qeyri-rəsmi həyat yoldaşı Aidədən bacısını evə buraxmamağı tələb edib.

Türkiyədə yaşayan Nazilə Yəhyayeva Bakıya gələndə mənzilin ondan xəbərsiz satılması ilə bağlı Aidə ilə mübahisə edib. O, Aydın Qəhrəmanov barəsində Yasamal Polis İdarəsinin 29-cu bölməsinə müraciət edib. Bölmədə şikayətin araşdırması gedən vaxtda Aydın Qəhrəmanovun Aidənin qardaşı qızı Samirə ilə də münasibətləri gərginləşib. Buna görə də o, bir neçə ay Aidədən uzaqlaşıb. 2008-ci ildən yenidən Aydın Qəhrəmanovun Aidə ilə münasibətləri düzəlməyə başlayıb. Həmin il ərzində Aydın Qəhrəmanov Naziləyə məxsus evi ələ keçirmək məqsədilə Aidəni zəhərləyərək öldürmək qərarına gəlib.

O, istintaqa məlum olmayan mənbədən dərman əldə edib və evə gətirib. Dərmanı yuxugətirici kimi Aidəyə təqdim edib, onu Aidə və Samirəyə içirib. Aidə və Samirə zəhərlənmə diaqnozu ilə Əfəndiyev adına 2 saylı xəstəxanaya yerləşdiriliblər.

Sentyabrın 7-də Samirə xəstəxanada ölüb. Aidənin isə vəziyyəti bir müddət ağır olub. Vəziyyətdən istifadə edən Aydın Qəhrəmanov Naziləyə məxsus 175 min manatlıq mənzili 120 min manata Mərifət Sultanova satıb. Aidə sentyabrın 18-də dünyasını dəyişib.

 

Xatırladaq ki, 2008-ci ildə Aidə və Samirə Yəhyayevaların ölümü ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. 6 ilə yaxın davam edən istintaqın sonunda Aidə və Samirənin intihar məqsədilə dərman içmədikləri məlum olub.

 

İstintaq onları Aydın Qəhrəmanovun zəhərləməsi nəticəsinə gəlib. Aydın Qəhrəmanov 2013-cü il avqustun 27-də həbs edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham edilib. 
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum edilib.

 

Hökmdən narazı qalan Aydın Qəhrəmanov apelyasiya şikayəti verib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
 

Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Aydın Qəhrəmanovun vəkili apelyasiya instansiyasında işə məhkəmə istintaqı ilə baxılmasını istəyib. Amma hakimlər vəsatətin təmin edilməməsi barədə qərar qəbul edilib. Qərardan narazı qalan müdafiə tərəfi Ali Məhkəməyə müraciət edib. Müraciətdə apelyasiya instansiyasında məhkəmə istintaqı ilə baxılmasını istəyib.

 

Ali Məhkəmənə onun şikayəti təmin edib və işi Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya şikayətinə istintaq yolu baxılacaq.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycandan Rusiyaya 40 ton kartof keçirilməsinin qarşısı alınıb

30 May 2017 05:22

Qaynar su asfaltı havaya uçurdu - Kiyevdə DƏHŞƏTLİ QƏZA - FOTO/VİDEO

30 May 2017 04:53

Bağdadda partlayış: 17 ölü, 22 yaralı

30 May 2017 04:43

Kendall yubiley sayında - FOTO

30 May 2017 04:32

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

30 May 2017 04:27

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 03:58

İngiltərədə pələng zoopark işçisinə hücum edib -

30 May 2017 03:35

Türkiyədə qadın deputat tutuldu

30 May 2017 03:34

Tanınmış aktrisa reklam obrazında - FOTO

30 May 2017 03:32

Moldova rusiyalı diplomatlara ölkəni tərk etmək üçün 72 saat vaxt verib

30 May 2017 03:08

9 nəvəsini VAZ-2106-da gəzdirən sürücü saxlanıldı - ASTARADA REYD

30 May 2017 03:04

Baş redaktor kürəkəni tərəfindən qətlə yetirildi

30 May 2017 03:03

Şimali Koreya uğurlu raket sınağı keçirdi

30 May 2017 02:44

Bred Pittin yeni FOTOları

30 May 2017 02:32

Azərbaycanlı səfir Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 02:28

Əmrah Sərdarı məhkəməyə verdi - 25 minə görə

30 May 2017 02:24

Yəməndə vəba epidemiyası: 500 ölü

30 May 2017 02:18

Bağdadda partlayış nəticəsində 4 nəfər ölüb

30 May 2017 02:17

Türkiyədə iqtidaryönlü qəzetin baş redaktoru öldürülüb

30 May 2017 02:12

Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub

30 May 2017 01:57

"İŞİD-i məhv etmək üzrəyik" -

30 May 2017 01:54

Belçikada marafon zamanı açılan atəş baş nazirin "qulağını batırıb"

30 May 2017 01:47

BELƏSİ HEÇ OLMAMIŞDI - Helikopteri cinsiyyət orqanıyla dartdı - FOTO/VİDEO

30 May 2017 01:43

Elementlərit ideal müvazinətli lampa - FOTO

30 May 2017 01:32

Misir Liviya ərazisinə havadan zərbə endirib

30 May 2017 01:32

"ABŞ artıq dünya lideri deyil" -

30 May 2017 01:30

Səfir Elxan Poluxov Braziliya Senatının radiosuna müsahibə verib

30 May 2017 01:29

Azərbaycan klubları George Hacının baş məşqçi olduğu komanda ilə oynayacaqlar

30 May 2017 01:27

Türkiyədə baş redaktor öldürüldü

30 May 2017 01:19

Qasırğa Moskvanı bu vəziyyətə saldı - FOTOLAR

30 May 2017 01:13

Sirri açılmayan -

30 May 2017 01:03

Pələng zoopark əməkdaşını parçaladı

30 May 2017 00:54

Uyuşdurucu, kimyəvi maddə, stress çarxı - Dünyada qadağan olunan 10 POPULYAR OYUNCAQ - VİDEO

30 May 2017 00:48

Süni ətlə bağlı yayılan video narahatlıq yaradıb -

30 May 2017 00:45

Ziqmar Qabriel ABŞ-ı tənqid atəşinə tutdu

30 May 2017 00:29

Pələng zooparkın qadın işçisini parçaladı - VİDEO

30 May 2017 00:28

Misir Liviyada terrorçuların mövqelərini bombaladı

30 May 2017 00:28

Azərbaycan gözəli evlilik verilişinə çıxdı - VİDEO - FOTO

30 May 2017 00:27

Üzümə oxşayan rus alçası

30 May 2017 00:05

Orta yaşlı kişilərdə səsdəki azacıq dəyişiklər həyat üçün təhlükəlidir

30 May 2017 00:05

Günün qoroskopu: xam xəyallar qurmağa çox aludə olmayın

30 May 2017 00:05

Astroloji proqnoz - 30 may

30 May 2017 00:03

Misir Liviya ərazisini bombaladı

29 May 2017 23:59

Hind filmlərinə çəkilməmə səbəbi güldürdü - FOTO

29 May 2017 23:57

Sağlam qidalanma şərtləri

29 May 2017 23:57

5 qol vuruldu -

29 May 2017 23:55

Bu il sirli planet Yerlə toqquşacaq - Bəşəriyyət məhv olacaq?

29 May 2017 23:52

Ən zəif nəfəsalma sistemi hansı qan qrupundadır?

29 May 2017 23:52

Orqanizmin yod tələbatı

29 May 2017 23:52

Bu əriklər sağlamlıq üçün təhlükəlidir

29 May 2017 23:52