Millimizin Almaniya sınağı

Millimizin Almaniya sınağı
11:05 13 Noyabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, millimizin rəqibi Almaniya yığması olacaq. Seçmə mərhələdə keçirdiyi 5 oyunda cəmi bir qələbə qazanıb, digər dörd oyunun hamısında qol vurmadan məğlub olan Yaşar Vahabzadənin yetirmələri güclü rəqibi ilə səfər qarşılaşmasında heç olmasa, bir xala ümid edirlər. Görüş Almaniya üçün də çox vacib əhəmiyyətə malikdir. Hazırda 1-ci pillədə qərarlaşan Horst Hrubeşin yetirmələri liderliyini qorumaq üçün xal itirməməlidirlər. Eyni xala malik digər iki komanda - Avstriya və Finlandiya da eyni gündə qarşılaşdığından Bundestimin xal itkisi lideri dəyişə bilər.

Bu, iki komanda arasında artıq ikinci qarşılaşmadır. Bakıda, "Dalğa Arena"da baş tutan ilk matçda almanlar 3 cavabsız qolla qələbə qazanmışdılar.

AVRO-2017-nin seçmə mərhələsi

7-ci qrup

13 noyabr

21:00. Almaniya - Azərbaycan

Baş hakim: Svetan Krastev

Baş hakimin köməkçiləri: İvan Valçev, Krum Stoylov

Dördüncü hakim: Stanislav Todorov (hamısı Bolqarıstan)

Reqensburq. "Kontinental Arena"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/382109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR