Məmur və xurma məsələsi: iki nazir qovuldu, növbədə...

Məmur və xurma məsələsi: iki nazir qovuldu, növbədə...
11:05 13 Noyabr 2015
171 Digər
Ölkə mətbuatı
A- A+

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ... (30 Aprel 2017 05:33)

...Günortanın bürküsü boğazı dəlir, qəlbi sıxır, gözləri yandırırdı. Tozlu, dar küçədə qoca oturmuşdu. Halsız, yorğun bir qoca.

Onun kimsə ilə işi yoxdu. Sakitcə, divar dibində oturmuşdu.
Küçənin qarşı tərəfində isə kök, piyli və yağdan işıldayan yanaqları sallaq, tosqun baqqal taxtın üstündə bardaş qurub qarşısındakı sinidəki təamları həzm-rabedən keçirirdi.
O, hər dəfə xurma götürür, ağzına aparır, sonra da xurmanın çəyirdəyini iki barmağı ilə ağzından çıxarıb qocaya atırdı.
Qoca dinmirdi.
Atdığı xurma çəyirdəkləri qocaya dəyəndə, zərbə "sərrast" alınanda baqqal uğunur, yekə qarnı yırğalanır, buxaqları yığılırdı.
Qoca qəflətən yerindən durdu, baqqala yaxınlaşdı.
Ovuclarındakı xurma çəyirdiklərini tərəzinin bir gözündəki mis qaba tökdü:
- Cənab, zəhmət də olsa, bunları çək.
Baqqal bu qəfil istəkdən təccüblənsə də, çəyirdəkləri çəkdi:
- Bir girvənkə iki misqal...
- Dəqiq?
- Əlbəttə, məndə əttar dükanı təki dəqiq tərəzidir.
Qoca susdu. Sonra əyildi, piştaxtadakı çəki daşlarından birini götürdü:
- Möhtərəm cənab, bəs bu daşın çəkisi nə qədər olar?
Baqqal bu qocanın nə istədiyini anlamasa da, hirsini cilovladı və dedi:
- Düz bir girvənkə iki misqal?
- Yəni sənə verdiyim xurma çəyirdəkləri qədər, eləmi?
Baqqal şaqqanaq çəkdi:
- Allah sənə ağıl versin! Mən də deyirəm bu nə istəyir... Hə, dəqiq o qədər.
Qoca danışmadı. Qəflətən əlindəki daşla baqqalın alnının ortasına vurdu:
- Mənə atdığın çəyirdəklərdir, qaytarıram...

İçdən çürüyən ağacla nə edərlər?

İçi çürüməyə başlayan, quruyan ağaclar kəsilməlidir. Yoxsa onlar bağdakı digər ağaclar üçün təhlükəyə çevrilir - bunu bağbanlar yaxşı bilirlər.
Alleqoriyalara varsaq, cəmiyyət də qulluq tələb edən, sürəkli xidmət istəyən bağdır ki, orada quruyan, qurdlayan, içdən çürüməyə başlayan ağaclar mütləq kəsilməli, ən başlıcası isə kökündən çıxarılmalıdır.
Əks təqdirdə kəsilən, amma kökləri torpaqda qalan ağac yenidən qol-budaq ata bilər.
Azərbaycanda vətəndaşların hüquqlarına kobud məmur müdaxiləsi, rüşvət və korrupsiya kimi hallara qarşı mübarizənin sərtləşdirilməsi müşahidə olunur.
Normal, labüd və gərəkli prosesdir. Belə mübarizə prosesinin gedişatı vətəndaşların haqlarının təminatı, dövlətçilik prinsiplərinə riayət və qanunların işləkliyinin gedişatı ilə bilavasitə bağlıdır.
Özü də reversiv şəkildə.
Yəni mübarizə nə qədər sərt, qətiyyətli və cinayətkarlara qarşı əsla güzəşt edilmədən aparılarsa, ölkədə qanunlara riayətlə bağlı situasiya bir o qədər yaxşı, vətəndaşların yaşamı bir o qədər rahat olar.
Azərbaycanda bir para məmurlar, deyəsən, gec də olsa, bunu anlamağa başlayıblar.
Könüllü şəkildə yox - vəzifələrindən kənarlaşdırılandan, haram yolla pulla qazandıqları pullar Güney Azərbaycandakı soydaşlarımız demişkən, "piltə-piltə burunlarından gəlməyə" başlayandan sonra...

Axı sizə demişdilər. Özü də dəfələrlə...

Ölkədəki məmurlar arasında özlərini qanundan, qaydalardan üstün sayanlar, reallıq hissini itirən, qanunsuz yollarla əldə etdikləri milyonların hesabına "nüfuzlu və toxunulmaz" olduqlarını düşünənlər varmış, sən demə.
Belə məmurların "bayraqdar"ı Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri Eldar Mahmudovdu.
MTN... Bu abbreviatura vətəndaşlarda təşviş yaratmalı, onları qorxutmalıydı və Eldar Mahmudov da buna çalışırdı.
Başçılıq etdiyi strukturda özünü az qala Feliks Dzerjinskinin demo-versiyası kimi hiss edən E.Mahmudov bu qurumu əvvəl OQPU-ya, sonra ÇK-ya virtual olaraq döndərməyə can atırdı.
Sonucda isə o, davranış və düşüncə baxımından Lavrenti Beriyanı xatırladırdı.
MTN-in son vaxtlardakı fəaliyyəti, xüsusilə də sahibkarlara qarşı "səlib yürüş"ünə çıxması Beriyanın "xalq düşmənləri ilə mübarizə"sini xatırladırdı.
Di gəl, Eldar Mahmudovun göstərişləri ilə hərəkət edən əlaltıları xalqa düşmən kəsilmişdilər və "düşmən" kimi qəbul etdikləri sahibkarlara divan tuturdular.

Onlar reketi, quldurluğu, qəsbi fəaliyyətlərinin az qala məhvərinə çevirmişdilər.
İş o yerə çatmışdı ki, MTN telefon danışıqlarının dinlənilməsini sırf biznes əməliyyatına döndərmişdi.
Bu çirkin işlərdə Eldar Mahmudovun dəstəsinə yardım edənsə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi idi.
RİTN-in son illərdəki fəaliyyəti barədə çox yazmaq istəmirəm, çünki məqamların əksəriyyəti ayinə, aşkardır və hələ araşdırmalar, təhqiqatlar, istintaqlar aparılacaq.
Məsələ MTN-in başçısı Eldar Mahmudovla RİTN rəhbəri Əli Abbasov arasındakı "məhrəm" əlaqələrdi.
Halbuki Azərbaycan prezidenti İlham Əliyev belə məmurlara xəbərdarlıq etmiş, onlara islah və tutduqları yoldan dönmək üçün imkan, vaxt vermişdi.
Lakin haram pullar, hakimiyyət hərisliyi sözügedən nazirlərin gözlərini elə tutmuşdu ki, onlar yaratdıqları virtual aləmin elə gerçək situasiya olduqlarına inanmağa başladılar.
Həmin inamın puçluğu əvvəldən bəlli idi və baş verənlər də ölkədə kimsənin, habelə heç bir nazirin qanundan üstün olmadığını göstərdi.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə sağlam biznes və investisiya mühitinin yaradılmasına mane olmaq dövlətin siyasətinə  xəyanətdir. 
Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbərliyi və onların əlaltısına çevrilmiş Rabitə və Yüksək Texnologiya Nazirliyinin rəhbərliyinin əməlləri də məhz bu cür dəyərləndirilməlidir.

Aparılan araşdırmalar da bunu təsdiqləyir.
Belə ki, korrupsiya hallarına yol verdiyi, vəzifə səlahiyyətlərindən suistifadə etdiyinə görə artıq Rabitə və Yüksək Texnologiyalar nazirliyinin 10-dan artıq yüksək vəzifəli şəxsi həbs edilib.  Onların arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var. 

Halın tərcüməsi və ya tərcümeyi-halın qısası

Əli Məmməd oğlu Abbasov 1953-cü il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1976-cı ildə Moskva Energetika İnstitutunu "Avtomatika və telemexanika" ixtisası üzrə bitirib. Təxminən bir il Azərbaycan Elmlər Akademiyasında işlədikdən sonra Ukrayna Elmlər Akademiyasında məqsədli aspiranturada təhsilini davam etdirib.

2001-2004-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin Deputatı və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) üzvü olub. 2004-2014-cü illərdə Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri vəzifəsində çalışıb.

Qəddarın qorxaq əlaltısı

Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşların hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də cəlb edib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Azərbaycan prezidentinin etimadını doğrultmamış, qorxaq və zəif xarakteri üzündən rəhbəri olduğu nazirliyin faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilməsinə şərait yaratmışdı.

Dövlət başçısı və ölkə qanunvericiliyi dövlət qurumları və məmurlardan  vətəndaşların  hüquq və azadlıqlarını, təhlükəsizliyini, ölkədə sağlam biznes və investisiya mühitini təmin etməyi tələb etdikləri halda, MTN-in sabiq rəhbərliyi və onun orbitinə düşmüş RYTN rəhbərliyi tam əks fəaliyyətlə məşğul olublar.

İlkin araşdırmalar göstərir ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları" da yaxından iştirak ediblər, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəymişdir.
Bəlli, bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Araşdırmaların nəticələrinə uyğun olaraq qanuna zidd əməllərdə iştirak etmiş şəxslər barədə qəti imkan tədbirləri həyat keçirilir və gələcəkdə də keçiriləcək.

Yüksək vəzifəli məmurların nəzərinə isə bir daha çatdırmaq istəyirəm: Azərbaycan prezidenti, ölkə rəhbərliyi korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ halların aradan qaldırılması üçün böyük siyasi iradə nümayiş etdirir. 

Cənab məmurlar, nazirlər və qeyriləri - bilin, anlayın və dərk edin ki, bundan sonra da Azərbaycan qanunlarına sayğısızlıq nümayiş etdirən hər kəsin aqibəti Eldar Mahmudov, Əli Abbasov və onların qanunsuz əməllərinə şərik olanların aqibətindən fərqlənməyəcək. Ölkədə vətəndaşların qanuni haqlarını təmin etmək, biznes mühitini yaxşılaşdırmaq, sahibkarlığa, biznesin inkişafına təkan vermək üçün bundan sonra da ciddi addımlar atılacaq.

Qanun Şirazdakı o qoca təkidir. Dözür, müşahidə edir, yekun nəticəyə gəlir, sonra özünü qüdrət və varidat sahibi sayana çəyirdəkləri bir zərbə ilə "qaytarır".

"Eldar Mahmudov, sonra Əli Abbasov. Növbədə kimdir?" Bu sual indi çox populyardır.
Halbuki sual məntiqsizdir.
Növbədə kimsə yoxdur və kimlərinsə sırada olmasından, gözlənti mühitinin yaranmasından bəhs etmək sırf demaqogiyadır.
Növbə yoxdur. Olan qanunlara sayğının absolyuta çatdırılması istəyi, vətəndaşların hüquq və azadlıqlarının tam təminatına yönəlmiş siyasətin iradə, qətiyyətlə həyata keçirilməsidir.
Əməlləri qanun çərçivəsində olan, vəzifəsindən varlanmaq və yaxın bildiklərini varlandırmaq, sonra da "qara gün" üçün pul yığmaq üçün istifadə etmək istəyənlərsə təlaşda qalsınlar: onları da iki nazirin, işdən qovulanların taleyi özləyir.
Çünki "qara gün" üçün varidat toplayaraq vətəndaşların gününü qara edənlərə qarşı qanunun sərt üzü var.

Elçin Alıoğlu
Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Mançester arena"da terror aktından sonra iki şübhəli şəxs saxlanılıb

23 May 2017 05:32

Fransada ev və emalatxana - FOTO

23 May 2017 05:32

“Danışan” kağız yaratdılar

23 May 2017 05:18

Tramp Amerika-İsrail münasibətlərini möhkəmləndirməyi davam etdirməyə söz verib

23 May 2017 05:15

Lüksemburqda meşə içində restoran - FOTO

23 May 2017 04:32

BMT-nin baş katibindən KXDR-yə MESAJ: "Dayan!"

23 May 2017 04:18

Parisdə bohem interyerli mənzil - FOTO

23 May 2017 03:32

İsrail əsgərləri fələstinli gənci öldürdülər

23 May 2017 03:26

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

23 May 2017 03:23

Etirazçılar sabiq prezidentin evini yandırdı

23 May 2017 03:18

İngiltərədə "Mançester Arena" stadionunda 2 partlayış olub - ölənlər var

23 May 2017 03:01

Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

23 May 2017 02:57

İngiltərədə konsertdə terror həyəcanı

23 May 2017 02:54

Kataloniya müstəqilliyini elan edəcək? -

23 May 2017 02:38

İtaliyada kiçik ailə üçün ev - FOTO

23 May 2017 02:32

İsveçin hava limanında şübhəli çanta səbəbindən insanları təxliyə ediblər

23 May 2017 02:29

Dövlət Departamenti: Türkiyə suriyalılara hamıdan çox yardım edib

23 May 2017 02:27

Azərbaycanda bu da oldu:

23 May 2017 01:55

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

23 May 2017 01:47

"Barselona" Vidalın qalmasını istəyir

23 May 2017 01:39

Danimarkada orta məktəb - FOTO

23 May 2017 01:32

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23 May 2017 01:27

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 01:27

Antoniu Quterreş Ruhanini yenidən prezident seçilməsi münasibətilə təbrik edib

23 May 2017 01:08

Sumqayıtda 4 otaqlı mənzil yanıb

23 May 2017 00:55

Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

23 May 2017 00:55

Elvis Preslinin şəxsi təyyarəsi satışa çıxarılacaq

23 May 2017 00:52

4 otaqlı mənzil əşyaları ilə birgə yandı - Sumqayıtda

23 May 2017 00:49

Əfsanəvi müğənninin təyyarəsi satışa çıxarılır

23 May 2017 00:39

Tanınmış aktrisaya xərçəng diaqnozu qoyuldu

23 May 2017 00:29

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:24

Cocuq Mərcanlıda 3 piyada əleyhinə mina və 1 tank əleyhinə minanın partladıcısı aşkarlanıb (FOTO)

23 May 2017 00:22

Qəbul imtahanlarında ikinci dəfə iştirak etmək istəyənlərin qeydiyyatı başa çatdı

23 May 2017 00:09

Astroloji proqnoz - 23 may

23 May 2017 00:08

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

23 May 2017 00:07

Mənsum İbrahimov Hollivudda - FOTO

23 May 2017 00:05

Günün qoroskopu: işgüzar aktivlik artır

23 May 2017 00:05

"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

22 May 2017 23:58

70-ci illərin İstanbulu FOTOLARDA

22 May 2017 23:57

Sumqayıtda ev yanıb külə döndü - VİDEO

22 May 2017 23:57

"Pike, axmaq, çempionu təbrik et"

22 May 2017 23:57

Yer üzünün ən zərərli 19 məhsulu! - FOTO

22 May 2017 23:57

25 yaşlı oğlan bıçaqlanıb

22 May 2017 23:57

Təcrübəli futbolçu katalon klubundan gedir

22 May 2017 23:57

İsmayıllıda 25 yaşlı oğlan bıçaqlandı

22 May 2017 23:54

Kimlər xərçəngə daha çox meyllidir? - Alimlər açıqladı

22 May 2017 23:53

Bərdədə banka məxsus inkassator maşını aşıb

22 May 2017 23:47

"Bakı-2017"nun başlanış mərasimi - FOTO/VİDEO

22 May 2017 23:47

Premyer Liqada "qızıl əlcək" mükafatı belçikalıya verildi

22 May 2017 23:42

"Danışan" kağız yaratdılar

22 May 2017 23:37