Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

AzTV sədrinin kürəkəni “Səs Azərbaycan”ın rəhbəri oldu - video

AzTV sədrinin kürəkəni “Səs Azərbaycan”ın rəhbəri oldu - video

Date: 13 November 2015 11:06

Bir çox ölkələrdə məşhur olan “The Voice” yarışması bu gündən etibarən AzTV-də “Səs Azərbaycan” adı ilə başlayacaq.

Azərbaycan tamaşaçıları bu yarışmanı daha çox Acun İlicalının müəllifi olduğu “O səs Türkiyə”dən tanıyırlar. Demək olar ki, sözügedən layihədə bir çox həmyerlilərimiz iştirak edib. Ötən il isə Elnur Hüseynov “O səs Türkiyə”nin qalibi olub.

Axşam.az xəbər verir ki, “Qafqazinfo” saytı Azərbaycanda reallaşan yarışma ilə bağlı bəzi məlumatlar əldə edib. Məlum olub ki, AzTV rəhbəri Arif Alışanov “Səs Azərbaycan” layihəsini kürəkəni Xəyal Qayıbova tapşırıb. Ötən həftə yarışmanın tanıtım buraxılışında da gənc kürəkən layihə rəhbəri kimi çıxış edib.

Xatırladaq ki, məşhur yarışmalara qohum göndərmək ənənəsindən İTV-nin eks rəhbəri İsmayıl Ömərov da istifadə etmişdi. Belə ki, o, bir az da irəli gedərək nəvəsi Ömər Sultanovu Azərbaycanı uşaq “Eurovision” müsabiqəsində təmsil etmək üçün seçmişdi.


Tags:  AzTV sədrinin kürəkəni Səs Azərbaycanın rəhbəri oldu video

RƏYLƏR


Top news