Cəbhədə tutulan erməni qadın Azərbaycan məcaralarından danışdı (FOTO, VİDEO)

Cəbhədə tutulan erməni qadın Azərbaycan məcaralarından danışdı (FOTO, VİDEO)
11:06 13 Noyabr 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın Azərbaycandakı məcaralarından danışıb. ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Koti kəndinin sakini olan 76 yaşlı Lusik Abovyan İcevan şəhər xəstəxanasına yerləşdirilib.

Yaşlı qadın Azərbaycanda ona hər bir şərait yaradıldığını, hər şeylə təmin edildiyini deyib. Lakin o yemək yeməkdən imtina edib. Qadın sağlamlığı ilə də bağlı heç bir problem yaşanmadığını qeyd edib.

Lusik Abovyan noyabrın 8-də dumanda azaraq Azərbaycan tərəfə keçdiyini deyib. "Bəxtim gətirdi ki, heç kim atəş açmadı".





Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozan Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kənd sakini olan erməni qadın dünən geri qaytarılıb. Beynəlxalq Qızıl Xaç Komitəsi neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq Azərbaycan və Ermənistan hakimiyyət orqanları ilə birgə bu repatriasiynının keçirilməsinə yardımçı olub.

1942-ci il təvəllüdlü Lusine Qukasovna Abovyan noyabrın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədini Qazax rayonu istiqamətində pozub. İlkin ehtimala görə, qadın müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Saxlanılan Ermənistan Respublikasının vətəndaşına qarşı beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılıb.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=364686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR