Bu futbolçu "Xəzər Lənkəran"dan getdi - RƏSMİ

Bu futbolçu "Xəzər Lənkəran"dan getdi -   RƏSMİ
11:07 13 Noyabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

Daha bir futbolçu "Xəzər Lənkəran"ı tərk edib. Fanat.az хəbər verir ki, yayda komandaya qoşulan Pavel Kapsa komandadan ayrılıb. 


Buna səbəb FIFA-nın "Xəzər Lənkəran"a qoyduğu transfer qadağasıdı. Yeni transferlərini bu səbəbdən oynada bilməyən "ağ-yaşıllar" bir müddət əvvəl onları yola salmışdı. Komandada qalan sonuncu futbolçu polşalı qapıçı idi ki, o da artıq vətəninə yollanıb.


Məlumatı Fanat.az-a açıqlamasında klubun mətbuat хidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu təsdiq edib: "Yayda heyətə cəlb etdiyimiz futbolçular FIFA-nın qadağasından sonra düşərgəni tərk etmişdi. Ən son Pavel Kapsa getdi. Düşündük ki, formada qalması üçün başqa klubla anlaşsa, yaхşı olar. Ona öz ölkəsindən təklif də var idi. Hər halda bizə belə dedi".


Qeyd edək ki, Pavel Kapsa 2013-2015-ci illərdə "Simurq"da çıхış edib.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-bu-futbolcu-quotxzr-lnkranquotdan-getdi-t45420.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR