Bakı-Frankfurt aviareysi təxirə salınıb

11:07 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Lakin qeyd edilib ki, artıq bu gün pilotların tətillərinin sonuncu günüdür: "Bu gün təxirə salınan reyslə uça bilməyən sərnişinlər istənilən digər aviaşirkətin reysləri ilə yenidən biletlərini bronlaşdırıb uça bilərlər. Amma bunu etmək istəməyənlər "Lufthansa"nın sabaha təyin olunan uçuşunu gözləyə bilər. Çünki bu gün Frankfurtda tətilin sonuncu günüdür. Artıq sabahdan etibarən uçuşlar bərpa olunacaq".
Qeyd edək ki, Bakıdan təyyarələr Frankfurta həftənin 1, 3, 5, 6 -cı günləri saat 04:45 radələrində, Frankfurtdan Bakıya isə 2, 4, 5 və 7-ci günləri saat 13:45 radələrində (Almaniya vaxtı ilə) havaya qalxır.
Hazırda Frankfurt, Münhen və Düsseldorf hava limanlarında pilotların tətilləri davam edir. Bununla əlaqədar şirkət 929 aviareysini təxirə salmalı olub.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-frankfurt-aviareysi-texire-salinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR