Mübariz Əhmədoğlu: Ermənistanın dövlət olmaması konstitusiya islahatlarını şərtləndirir

Mübariz Əhmədoğlu: Ermənistanın dövlət olmaması konstitusiya islahatlarını şərtləndirir
11:08 13 Noyabr 2015
22 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsi dekabrın 6-na təyin edildi. Cəmiyyət “hə” və “yox” üzrə qruplaşdı. “Hə” qruplaşmasının qərargahına gözlənildiyi kimi baş nazir Ovik Abramyan rəhbərlik edir.

Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, “Yox” hərəkatı isə bir neçə qrupdan ibarətdir: "Əsas mübarizə vasitələri mitinqlərdir. Azsaylı bir neçə mitinq keçirdilər. Səsvermə gününə az qalmış mitinqlərin sayını artıracaqlarını düşünürlər. Ermənistanda hakimiyyətin bu referendumu udması çox asan olacaq. Belə ki, Ermənistanda ekspertlərin fikrincə, saxtalaşdırma maşını işlək vəziyyətdədir. Ermənistanda müşahidə olunan hal odur ki, səsvermə zamanı Ermənistanda əhalinin sayı birdən-birə artır; seçici siyahıları isə saxtalaşdırılır. Bəzi yerlərdə seçicilərin sayı hətta əhalinin ümumi sayını üstələyir. Bu sahədə Ermənistan dünyada yeganə dövlətdir. Eləcə də Ermənistanda əhalinin ümumi sayı ilə seçicilərin sayı arasında nisbət təxminən 80%-dir. Bu hətta qoca Avropa üçün anormallıqdır. Bunlarsız Ermənistanda hakimiyyətin seçkini udması mümkün deyil".

Politoloq qeyd edib ki, MSK-nın sədri T.Mukuçyan seçici siyahılarının toplu halda elan edilməməsini yenə təhlükəsizlik məsələləri ilə əlaqələndirdi: "Bu ildən seçkiləri saxtalaşdırmaq üçün yeni mexanizm yaradılıb: ID kartlar. Biometrik pasport olan ID kart şəxsiyyət vəsiqəsi statusunda olsa da, bu kartlarda vətəndaşın qeydiyyat ərazisi göstərilməyib. Beləliklə də, ID kartı olan Ermənistan vətəndaşı istədiyi qədər səs verə bilər. Bu tutula bilməyən “karusel”dir. Ermənistanda hazırda 182 min vətəndaş ID daşıyıcısıdır. Nəzərə alınmalıdır ki, ID kartın Ermənistanda tətbiqi ilə bağlı qanun hələ yalnız birinci oxunuşdan keçib. Yəni, bu özü hakimiyyətin seçkini saxtalaşdırmağa ciddi hazırlaşdığının əlamətidir".

Mərkəz rəhbəri sonra vurğulayıb ki, konstitusiya islahatlarında Serj Sərkisyan hakimiyyətinin ən ciddi uğuru Avropa strukturlarının mövqeyinin dəyişməsində oldu: "Aİ-nin bəzi strukturları, AŞPA-nın Venesiya Komissiyası konstitusiya islahatlarını dəstəkləmirdilər. Çoxsaylı dəyişikliklər təklif etmişdilər. Son anda onlar mövqelərini dəyişdilər, islahatların keçirilməsini dəstəklədilər".

M.Əhmədoğlu hesab edir ki, müxalifətin konstitusiya islahatlarına qarşı ən əsas arqumentiErmənistanın dövlət olmamasıdır: "Onların fikrincə, baş tutmuş dövlət siyasi sistemini dəyişmir. Orijinal yanaşmalar da var. Ermənistanın keçmiş baş naziri, Ermənistanın Mərkəzi Bankının keçmiş direktoru, parlamentin deputatı, kifayət qədər savadlı Qrant Baqratyan referendumu Qarabağ tənzimlənməsilə əlaqələndirdi: Regional təhlükəsizlik məsələləri 4-5 rayonun Azərbaycana qaytarılmasını tələb edir. S.Sərkisyan bu rayonların qaytarılmasının məsuliyyətini təkbaşına daşıya bilməz. Ona görə rayonların qaytarılmasının məsuliyyətini parlamentin üzərinə qoymaq istəyir".

Politoloq bildirib ki, eks-prezident Robert Koçaryan da konstitusiya dəyişikliklərinin əleyhinədir: "Konstitusiya islahatlarından ən çox zərər çəkən isə “Çiçəklənən Ermənistan” Partiyasıdır. Qaqik Çarukyan konstitusiya islahatlarının əleyhinə olduğu üçün partiyası əlindən alındı. Sonradan bu partiya islahatları dəstəklədi. İki deputat konstitusiya islahatlarını dəstəkləməyəcəklərini bildirən kimi onları partiyadan çıxardılar".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyə təyyarəsində bomba həyəcanı

25 İyul 2017 22:54

Türkiyədən Suriyaya uzanan tunel tapıldı

25 İyul 2017 22:52

Sizofreniyanın əlamətləri

25 İyul 2017 22:52

“Qarabağ” – “Şerif” matçı heç-heçə yekunlaşdı

25 İyul 2017 22:51

Ayətullah Seyyid İsmayil Sədrdən həyat yoldaşına izahat

25 İyul 2017 22:47

Müsəlmanı sevdiyi üçün öldürüldü

25 İyul 2017 22:42

Toy sahiblərinə “toy tutan” şadlıq evləri - QİYMƏTLƏR

25 İyul 2017 22:42

Depressiya xəstəliyinin əlamətləri

25 İyul 2017 22:42

Bu ölkədə pomidoru polis qoruyur

25 İyul 2017 22:42

Çimərlikdə "canlı hədəf" oldu - FOTO

25 İyul 2017 22:32

Moruq xərçəng şişləri hüceyrələrini məhv etməyə qadirdir

25 İyul 2017 22:32

Azərbaycana məxsus yük maşını aşdı və yolu bağladı - VİDEO

25 İyul 2017 22:32

Türkiyə təyyarəsi bomba xəbərinə görə Əlcəzairdə təcili eniş edib

25 İyul 2017 22:27

Kafedə yeyib-içdilər, axırda dava düşdü - BIÇAQLANMA

25 İyul 2017 22:23

Qarpız çəyirdəklərini qaynadaraq içməyin 4 faydası

25 İyul 2017 22:22

Quranda adı çəkilən Bələm Baura kim olub?

25 İyul 2017 22:17

Sumqayıtda üç uşağını atıb qaçan qadın!

25 İyul 2017 22:16

Mingəçevirdə 36 yaşlı şəxs döyülərək tanınmaz hala salınıb

25 İyul 2017 22:12

Osteoartrit xəstəliyi nədir

25 İyul 2017 22:12

Çavuşoğlu: “Yunanıstana keçən miqrantların sayı 99 faiz azalıb”

25 İyul 2017 22:09

Azərbaycan yeniyetmələrin 14-cü Avropa Olimpiya Festivalında ilk medalını qazanıb

25 İyul 2017 22:07

Məşhur model ailəvi istirahətdə - FOTO

25 İyul 2017 22:05

Frenk Sinatranın həyat yoldaşı 90 yaşında vəfat edib

25 İyul 2017 22:02

40 yaşlı qadınlara 20 məsləhət

25 İyul 2017 21:57

Kafedə yeyib-içdiyi tanışı bıçaqladı

25 İyul 2017 21:57

Görmə hallsünasiyaları

25 İyul 2017 21:52

Beynəlxalq Bankın reytinqləri yüksəldi

25 İyul 2017 21:49

İki azyaşlının bu VİDEOSU izlənmə rekordu qırır

25 İyul 2017 21:48

Avtomobil bazarında son durum

25 İyul 2017 21:48

Meksikada atışma baş verib, ölən və yaralananlar var

25 İyul 2017 21:47

Bakılılar üçün daha bir Bundesliqa klubu

25 İyul 2017 21:47

Məkkənin imam-cüməsinin hidayəti

25 İyul 2017 21:47

Çörək kəsdiyi tanışı tərəfindən bıçaqlandı

25 İyul 2017 21:44

Ketrin pivə, Meqan alma sirkəsi – məşhurların gözəllik sirri

25 İyul 2017 21:42

“Euronews” Azərbaycan halvasından reportaj hazırladı - VİDEO

25 İyul 2017 21:42

Haqla batil arasında 4 barmaq fasiləsi

25 İyul 2017 21:42

Burcu Esmersoyu Hindistanda inək yaladı - FOTO

25 İyul 2017 21:42

Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı artıb

25 İyul 2017 21:37

"Bikini kraliçası" yeni fotolarını paylaşdı - FOTO

25 İyul 2017 21:32

Sumqayıtda gəlin 3 uşağını atıb qaçdı: Əri onu axtarır – VİDEO

25 İyul 2017 21:27

Bakı avtobusu: bir tərəfdə meyvə-tərəvəz çuvalları, bir tərəfdə sərnişinlər - VİDEO

25 İyul 2017 21:27

“Neftçi”nin növbəti rəqibi də Bundesliqa təmsilçisi olacaq

25 İyul 2017 21:27

"Keyxanım"ın Türkiyədə yaşayan "sevgili"si danışdı: "Bir-birimizlə əlaqə saxlayırıq" - FOTO

25 İyul 2017 21:22

Cəfəri və nanə çayı ilə qaraciyərinizi təmizləyin

25 İyul 2017 21:22

İmtahandan az bal topladı, evdən qaçdı - VİDEO

25 İyul 2017 21:22

Polis 5 yaşlı uşağı öldürəni əzişdirdi - VİDEO

25 İyul 2017 21:18

Niyam Salami kövrəldi: "O, mənim dərdimi çəkirdi" - FOTO

25 İyul 2017 21:17

Azərbaycanlı rəssam mismar və ipdən portretlər yaradır - VİDEO

25 İyul 2017 21:17

Məsuliyyətsiz valideynlər cəzalandırılacaqlar: VALİDEYNLƏR DİQQƏT - VİDEO

25 İyul 2017 21:17

Günahlarının çoxluğu üzündən namaz qılmaqdan qorxan...

25 İyul 2017 21:17