Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib.
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bu barədə ANS PRESS-ə deyib. Aktyor Ələsgər Məmmədoğlu ötən gün Binəqədi şəhər xəstəxanasına yerləşdirilib. Onun sözlərinə görə, əməkdar artist özünü pis hiss edərək halsızlaşıb:
“Ciddi problemi yoxdu, ötən gün halsızlaşıb özünü pis edib. Müalicə olunub bu gün, ya günorta ya da axşam evə buraxılacaq”.
Əsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub.
1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirb. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb.
Ələsgər Məmmədoğlu
Əsgər Məmmədoğlu bir çox teletamaşalarda, Şair ("Evləri köndələn yar" Anar), Milis ("Yaşıl eynəkli adam"V.Səmədoğlu), Nökər ("Mehmanxana sahibəsi"K.Haldoni), Dəmir -qaya "Topal Teymur" H.Cavid), Narsatan ("Qatarda" İ.Məlikzadə), Gümrah ("Alov" M.Hüseyn) kimi obrazlar yaradıb. "Mozalan" satirik kino- jurnalının 20 -yə yaxın sujetinə çəkilən Əsgər Məmmədoğlu, "Ömrun səhifələri" (Ələsgər), "Xoşbəxtlik qayğıları"(Əlövsət), "Bəyin oğurlanması" (Ələsgər), "Tehran -43" (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır.
2002-ci ildə Əsgər Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.