Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfrans keçirilir

11:13 13 Noyabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Bakıda “Məişət zorakılığının qarşısının alınması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransın məqsədi məişət zorakılığının qarşısının alınması istiqaməti üzrə BMT təcrübəsinin öyrənilməsi, ikitərəfli əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT-nin baş katibinin müavini Babatunde Osotimehinin başçılığı ilə nümayəndə heyəti ilə bərabər, Azərbaycanın hökumət nümayəndələri və digər qonaqlar iştirak edirlər.
Konfransda məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi və digər mövzular üzrə müzakirələr aparılır.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Meiset_zorakiliginin_qarsisinin_alinmasi_movzusunda_beynelxalq_konfrans_kechirilir-901621

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR