Nazim Süleymanov "Qarabağ"ın üzvünü yığmadan qovdu

Nazim Süleymanov "Qarabağ"ın üzvünü yığmadan qovdu
11:17 13 Noyabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının "AVRO-2017"nin seçmə mərhələsində uğursuz çıхışı baş məşqçi Nazim Süleymanovu sərt addım atmağa məcbur edib. Fanat.az хəbər verir ki, çalışdırıcı artıq bir futbolçunu heyətdən kənarlaşdırıb.

Belə ki, Nazim Süleymanov "Qarabağ"ın üzvü Mahir Mədətova qapını göstərib. AFFA-nın yaydığı məlumata görə, buna səbəb onun intizam qaydalarını kobud şəkildə pozması olub.

Qeyd edək ki, seçmə mərhələnin ilk oyununda Ukraynaya 0:4 hesabı ilə yenilən millimiz dünən Türkiyəyə uduzub - 0:1. Nazim Süleymanov Mahir Mədətova start heyətində şans versə də, 19-cu dəqiqədə Emil Həsənzadə ilə əvəzləyib.

Oyundan sonra açıqlama verən baş məşqçi komandadakı intizamsızlıqdan şikayətlənmişdi: "Komandanın intizamsızlığı məni narahat edir. Mütləq komanda ilə söhbət edəcəyəm. Futbolçu meydanda məşqçilik, hakimlik etməməlidir. Mən futbolçuyamsa, 90 dəqiqə oynamalıyam. 90+3-də də qol vurub elit raunda vəsiqə qazanma şansı əldə edə bilərdik. İntizamsızlıq məğlubiyyətdən irəli gəlir. Futbolçu özünü və klubunu təmsil edir. Biz milli komandayıq. Biz deyiriksə, bunlar sabahın ulduzlarıdır, onda axırı necə olacaq? Belə getsə, əksər futbolçular ulduz olmayacaq, onlardan böyük futbolçu olmayacaq".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-nazim-suleymanov-quotqarabaquotn-uzvunu-ymadan-qovdu-t45421.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR