Yeni nazir kim olacaq?

Yeni nazir kim olacaq?
11:17 13 Noyabr 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edildi.

Qeyd edim ki, hələ təxminən iki həftə öncə Rabitə və Yüksək Texnologiyalar (RTYN) Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunduğu xəbəri yayıldı və daha sonra öz təsdiqini tapdı. Bundan az sonra isə Əli Abbasovun da vəzifəsindən uzaqlaşdırıldığı barədə xəbərlər yayılsa da, bunun gerçək olmasını cəmi bir neçə gün gözləməli olduq.

Elektron media və sosial şəbəkələrdə Əli Abbasovun vəzifədən uzaqlaşdırılmasına münasibət birmənalı deyil. Bəziləri onun yaxşı pedaqoq, ədalətli və insaflı insan olduğunu, onun jurnalistlərə münasibətdə digər nazirlərə nisbətən həmişə hörmətlə yanaşdığını deyərək belə bir sərəncamın verilməsinə üzülür, digərləri isə rəhbərlik etdiyi nazirlikdə qanunsuzluqların baş alıb getdiyini bildirərək buna haqq qazandırırlar.

Dünən Əli Abbasovun nazir postundan uzaqlaşdırıldığı xəbəri gerçək olan kimi dərhal yerli mediada bunun səbəbləri ilə bağlı məlumatlar yer almağa başladı.

Məlumatlara görə, Baş Prokurorluq tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbərliyi iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi qeyri-qanuni əməllərinə RTYN-in rəhbər vəzifədə çalışan şəxsləri də cəlb edib. İlkin araşdırmalara əsasən, Əli Abbasovun rəhbərlik etdiyi nazirlikdə rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə RYTN rəhbərliyi ilə yanaşı, MTN-in "generalları" da yaxından iştirak ediblər. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.

Baş Prokurorluqda başlanmış cinayət işləri ilə bağlı RYTN-in 10-dan çox yüksək vəzifəli əməkdaşı saxlanılıb və barələrində həbs qəti imkan tədbiri seçilib. Onların arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov, nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədovun adları var.
Hətta qeyd edilir ki, artıq nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı əksər sənədləşmə işləri dayandırılıb.

Lakin bu hələ son deyil... Belə ki, Baş Prokurorluq nazirlikdə korrupsiya və digər cinayətlərlə bağlı araşdırmaları davam etdirir. Ona görə də RYTN-də həbs edilən vəzifəlilərin siyahısının uzanacağı istisna edilmir.

Hələlik sabiq nazir Əli Abbasovun bu cinayətlərdə əli olub-olmadığına dair heç bir fakt və ya məlumat üzə çıxarılmayıb. Bu, hüquq-mühafizə orqanlarının işi olduğundan məsələnin bu tərəfi ilə bağlı heç bir ehtimal irəli sürmək istəmirəm. Lakin fakt odur ki, Əli Abbasov rəhbərlik etdiyi nazirlikdə yüksək rütbəli şəxslərin genişmiqyaslı qanunsuz əməllərindən ya xəbərsiz olub, ya da onlara göz yumub. Əgər ikinci ehtimalı istisna etsək belə, yenə də əlinin altında olan işçilərinə nəzarət edə bilməyən şəxsin nazir vəzifəsində saxlanılması absurd olardı.

Dövlət başçısı İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində məqsədyönlü siyasət apardığı halda, bəzi məmurların öz vəzifə səlahiyyətlərinə məsuliyyətsiz yanaşması, bəzən tutduğu mövqeyindən özünün və yaxınlarının maraqları naminə sui-istifadə etməsi yolverilməzdir və təbii ki, cəzasız qala bilməzdi. Böyük ehtimalla bu cəza tədbirləri hələ davam edəcək və dövlətin və vətəndaşların malını yeyən digər məmurlar da rahat kreslolarını qapalı kameralara dəyişməli olacaqlar.

Sual olunur: bəs naziri və bu qədər yüksək vəzifəli şəxsi vəzifədən uzaqlaşdırılmış və həbs edilmiş strateji əhəmiyyətli dövlət qurumuna kim rəhbərlik edəcək? Bununla bağlı müxtəlif ehtimallar, fikirlər səsləndirmək olar. Təbii ki, bununla bağlı yekun qərarı yalnız dövlət başçısı verə bilər və bu, prezidentin müstəsna səlahiyyətidir.

Ola bilər ki, RYTN-də nazir postu da ümumiyyətlə bir müddət boş qalsın. Hər halda əminliklə demək olar ki, yeni nazir yalnız dövlət başçısının yüksək etimadını qazanmış, ətrafında gedən prosesləri və tabeçiliyində olan şəxsləri ciddi nəzarətdə saxlamağı bacaran, eyni zamanda bu sahədə yüksək bilik və bacarığa malik şəxs olmalıdır. Belələri isə barmaqla sayılacaq qədərdir...

İlkin İzzət

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bərdə elektrik şəbəkəsinin rəisi işdən çıxarılıb

28 Aprel 2017 14:42

"Azəriqaz"da Ümumdünya əməyin mühafizəsi günü münasibəti ilə yığıncaq keçirilib

28 Aprel 2017 14:42

Oğurluq edən əsgəri ov tüfəngi ilə öldürdülər

28 Aprel 2017 14:42

Ən az və ən çox şagirdi olan rayonların adları açıqlandı

28 Aprel 2017 14:39

Ermənistan Moskvada küncə sıxışdırılıb: “Şərtdən imtina et” - Qapalı Qarabağ GÖRÜŞÜ

28 Aprel 2017 14:38

PSJ cəzalandırıldı

28 Aprel 2017 14:37

Dağlıq Qarabağda çıxış etmiş musiqiçilər "qara siyahı"ya salınacaq

28 Aprel 2017 14:37

Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq - ŞƏRH

28 Aprel 2017 14:34

Prosineçki bukmekerdə 10 min uduzdu - FOTO

28 Aprel 2017 14:32

Proqnozlar Bürosu: Bazar günü Azərbaycanda hava şəraiti sabit olacaq

28 Aprel 2017 14:32

"AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur"

28 Aprel 2017 14:32

AŞPA sədrinin vəzifədən uzaqlaşdırılması ilə bağlı prosedur başlayıb

28 Aprel 2017 14:32

Bakıda "Range Rover" yanıdı

28 Aprel 2017 14:29

Anasını boğaraq öldürdü: Yuxuda "əmr" verilib - VİDEO

28 Aprel 2017 14:28

"Turan"ın ilk prezidenti: "Klublar nə vaxta qədər AFFA-nın hesabına yaşayacaq?"

28 Aprel 2017 14:27

VƏHŞİLİK: Ayaqsız doğulan və ürəyində dəlik olan 10 yaşlı oğlanı döydülər - FOTO

28 Aprel 2017 14:27

XİN Qarabağa gedən musiqiçiləri "qara siyahı" salacaq

28 Aprel 2017 14:24

Silvestr Stallonenin cazibədar qızları ulduz oldu - FOTOLAR

28 Aprel 2017 14:23

Türkiyə prezidenti: “Terror qruplaşmaları NATO üzvüdür?”

28 Aprel 2017 14:22

Ata: "Ətrafdakılar sənin açıq-saçıq geyinməyini istəyir. Amma xahiş edirəm..." - VİDEO

28 Aprel 2017 14:22

"Həzi Aslanov" metro stansiyasında eskalator yenidən istifadəyə verilib

28 Aprel 2017 14:22

3558 azərbaycanlı xaricdə təhsil alıb - Dövlət Proqramı ilə

28 Aprel 2017 14:19

ABŞ - Şimali Koreya hərbi gəmiləri üz-üzə dayanıb

28 Aprel 2017 14:19

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Qəbələyə yetişib

28 Aprel 2017 14:17

Rəisin otağından 11 əsir çıxdı - Gizli kamera tapıldı - VİDEO - FOTO

28 Aprel 2017 14:17

Azərbaycan Ali Hərbi Məktəbinin kursantları artilleriya qurğularından döyüş atışları icra ediblər

28 Aprel 2017 14:17

Dubaydan Qəbələyə aviareys açılır

28 Aprel 2017 14:17

Əcnəbi tələbələr bu üç universiteti daha çox seçir

28 Aprel 2017 14:14

Mövlud müsabiqəsinə Güney də qoşuldu

28 Aprel 2017 14:13

Ərdoğan: “Bunu etməsək yox olacağıq”

28 Aprel 2017 14:13

Oyun vaxtı pivə içən idmançılar diskvalifikasiya olundular

28 Aprel 2017 14:12

Fərqanə: "Mən buna “ustad şapalağı” deyərdim" - VİDEO

28 Aprel 2017 14:12

"MİDA"nın aktivləri 11 mln. manata yaxındır

28 Aprel 2017 14:12

Nigeriyada PARTLAYIŞ

28 Aprel 2017 14:10

"Sübut etsinlər, 10 milyonu ödəməyə hazıram", "sanki nazir olmuşam" - "Rabitə İŞİ"ndə İTTİHAMLAR

28 Aprel 2017 14:09

Dövlət Filarmoniyasının may ayı üçün tədbirlər planı açıqlanıb

28 Aprel 2017 14:07

Nigeriyada PARTLAYIŞ: hərbçilər həlak oldular

28 Aprel 2017 14:05

Velosiped sürürsünüz? Şlemi unutmayın - FOTO

28 Aprel 2017 14:05

Azərbaycanın "Eurovision" mahnısı ilə bağlı qalmaqal - Erməni müğənnidən iddia - FOTO

28 Aprel 2017 14:05

Qaraçı kassiri hipnoz edib 10 min rublu oğurladı - İNANILMAZ OĞURLUQ - VİDEO

28 Aprel 2017 14:03

Moskva görüşü öncəsi cəbhədə VƏZİYYƏT GƏRGİNLƏŞDİ: düşmən itki verdi

28 Aprel 2017 14:03

Güzəştli mənzillərin əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısı müəyyənləşib

28 Aprel 2017 14:02

"Rabitə işi": "Üç təqsirləndirilən şəxs dəymiş ziyanı ödəyib"

28 Aprel 2017 14:02

İndoneziya sahibkarları Azərbaycana səfər edəcək

28 Aprel 2017 14:02

"Qalatasaray"-dan Azərbaycana qurşaqdan aşağı zərbə

28 Aprel 2017 14:02

Cem Yılmazın yeni sevgilisinin kim olduğu bilindi - FOTOLENT

28 Aprel 2017 13:59

May ayında hava necə olacaq?

28 Aprel 2017 13:59

İngilis alim Azərbaycanda Qızıl medal aldı - FOTO

28 Aprel 2017 13:58

Mövsümün son turu

28 Aprel 2017 13:57

Türkiyəli müğənni öldürüldü

28 Aprel 2017 13:54