Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş “Qurani-Kərim” təqdim olunub

"Əməliyyat zamanı Qurani-Kərim yanımda idi" (17 Mart 2017 23:57)
Gözdən əlillər üçün xüsusi qol saatı - FOTO (27 Fevral 2017 15:46)
Bank of Baku görmə məhdudiyyəti olan uşaqlar üçün Braille teach cihazını təqdim etdi! (25 Fevral 2017 10:05)

Tarix: 13 Noyabr 2015 11:18


Bakı, 13 noyabr, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Respublika Gözdən Əlillər Cəmiyyətinin Abşeron rayon şöbəsinin müdiri Timur Balayevlə görüşüblər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, şöbənin əməkdaşları Timur Balayevə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə brayl əlifbası ilə nəşr olunmuş “Qurani-Kərim” təqdim ediblər. T.Balayev göstərilən diqqətə görə təşəkkürünü bildirib.
Xatırladaq ki, cari ilin iyulunda DQİDK-nın maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) ilə “Qurani-Kərim” çap edilib.

Teqlər:  Gözdən Əlillər Cəmiyyətinə brayl əlifbası ilə nəşr edilmiş Qurani-Kərim təqdim olunub



RƏYLƏR


Top xəbərlər