“Ölkəmizi tanıyaq” devizi altında ekskursiya turlarının dördüncü mərhələsi başlayır

“Ölkəmizi tanıyaq” devizi altında ekskursiya turlarının dördüncü mərhələsi başlayır
11:23 13 Noyabr 2015
70 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Prezidenti İlham Əliyevin tapşırığı ilə “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Azərbaycan Respublikasında yaşayan və təhsil alan 9-10-11-ci sinif şagirdləri üçün noyabrın 16-dan 19-dək maarifləndirici turların keçirilməsi nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, respublikanın 32 şəhər və rayonlarından olan 1120 şagird üçün nəzərdə tutulman turlar müəyyən olunmuş qrafik üzrə 4 istiqamətdə (Gəncə-Şəmkir-Göygöl, İsmayıllı-Qəbələ-Şəki, Lənkəran-Astara-Lerik və Quba-Qusar-Xaçmaz) həyata keçiriləcək.
Ekskursiya turları zamanı şagirdlər bölgələrimizin zəngin tarixi, mədəniyyəti, təbiəti, ləziz mətbəxi və digər infrastruktur obyektləri, həmçinin turizm potensialı ilə yerində əyani tanış olmaq imkanı əldə edəcəklər.
Ümumilikdə, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ekskursiya turlarının dördüncü mərhələsi keçirilir. Bundan əvvəlki turlarda ölkəmizin 53 şəhər və rayonu üzrə 3680 nəfər şagird iştirak edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olkemizi_taniyaq_devizi_altinda_ekskursiya_turlarinin_dorduncu_merhelesi_baslayir-901626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR