Oktyabrda brokerlərin renkinqinə "Unicapital" başçılıq edib

Oktyabrda brokerlərin renkinqinə "Unicapital" başçılıq edib
11:28 13 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
"Unicapital" şirkəti oktyabr ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildiriblər ki, şirkət oktyabrda 241 milyon 302,741 min manat məbləğində broker xidməti göstərib. İkinci yerdə 54 milyon 119,964 min manat məbləğində xidmət göstərmiş "PAŞA Kapital" MMC, üçüncü yerdə isə 32 milyon 776,478 min manatla "AzFinance Invest" MMC qərarlaşıb. Ümumiyyətlə, oktyabrda 9 broker xidmət göstərib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oktyabrda_brokerlerin_renkinqine__quotUnicapital_quot_baschiliq_edib-901629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR