Gömrük bəyannamələri sadələşdiriləcək

Gömrük bəyannamələri sadələşdiriləcək
11:39 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi sahibkarlar üçün yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır

 

 

Azərbaycan Dövlət Gömrük Komitəsi sahibkarlar üçün yeni bəyannamə normaları tətbiq etməyə hazırlaşır.

 

“APA-Economics”in məlumatına görə, bunu bu gün Ümumdünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusuna dair seminarda Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib.

 

Onun sözlərinə görə, komitə yeni, qısa idxal və ixrac bəyannamələrini tətbiq edilməsinə hazırlaşır: “Bununla da idxal-ixrac əməliyyatlarında sahibkarlar vaxt udmuş olacaqlar”.

 

O qeyd edib ki, həmçinin boru və elektrik xətləri vasitəsi ilə idxal-ixrac əməliyyatları aparan sahibkarlar üçün natamam bəyannamələrin tətbiq ediləcək: “Bilirsiniz ki, tam gömrük bəyannaməsində 54 bənd var. Amma yeni bəyannamələrdə bu bəndlərin bir çoxu çıxarılıb. Yəni, sahibkar yeni bəyannaməni doldurur və tam bəyannamədə olan bəzi bəndləri isə 30 gün müddətində cavablandırıb, gömrük orqanlarına təqdim edir".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR