"Erotik" süd qalmaqal yaratdı - FOTO

"Erotik" süd qalmaqal yaratdı - FOTO
11:42 13 Noyabr 2015
68 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyadakı "Müller" şirkətinin istehsal etdiyi yeni süd kokteyli ölkədə böyük qalmaqal yaradıb. Alıcıları sinirləndirən məqam süd qablarının üzərindəki yarıçılpaq qadın rəsmləridir.
Milli.Az DiePress-ə istinadən bildirir ki, "Müllermilch" adlı süd kokteylinin banan dadlı variantında qabın üzərində başında Santa-Klaus papağı, əynində qısa yubka olan yarıçılpaq qadın rəsmi var.
Fındıq dadlı süd kokteylinin üzərində isə arxası üstündə uzanaraq əllərində nəhəng fındıq tutmuş yarıçılpaq qadın var.
Ən böyük "qəzəb"ə isə qucağında şokolad parçası olan qaradərili qadın rəsmi səbəb olub. Rəsmin altında yazılıb: "Şeron Şeyla Şoko". Bu rəsmə görə şirkəti seksizmlə bahəm, irqçilikdə də suçlayıblar.
Bavariyadakı "Müller" şirkətinin rəhbərliyinin verdiyi açıqlamaya görə, yeni kampaniya 1950-ci illərdə ABŞ-da çox populyar olmuş plakat qrafikası stili "pin-up"a sayğı nümunəsidir.
"Məhsulumuzun erotik və ya qalmaqallı sayılacağını düşünməzdik. Telekanallarda və reklam elanlarındakı qadın obrazlarından fərqli olaraq, bizim məhsullarımızdakı şəkillər yarıçılpaq deyillər", - "Müller"in bəyanatında deyilir.
Amma almanlar bu açıqlamanı yetərli saymayıblar.
"Müllermilch"in fotoları sosial şəbəkələrdə #ichkaufdasnicht  (almanca "Mən bunu almıram") heşteqi ilə yayılır.
 

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR