Səlim Müslümov: Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölkədə ölüm səviyyəsi azalıb

Səlim Müslümov: Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölkədə ölüm səviyyəsi azalıb
11:43 13 Noyabr 2015
20 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanda səfərdə olan BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov ölkəmizin dinamik sosial-iqtisadi inkişafının təmin olunması məqsədilə Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin nailiyyətlərindən biri kimi, respublikada sabit demoqrafik vəziyyətin hökm sürdüyünü, demoqrafik göstəricilərin ilbəil yaxşılaşdığını vurğulayıb: “Bu gün Azərbaycan əhalinin 1,3 faizlik illik artımına görə Avropa məkanında ilk yeri tutur. Əhali sayının 9 milyon 666 min nəfərə çatdığı ölkədə sosial rifah səviyyəsinin getdikcə yaxşılaşması, səhiyyə sisteminin təkmilləşməsi, ömür uzunluğunun artaraq ötən il üçün 74,2 yaş, kişilərdə 71,6 yaş, qadınlarda 76,8 yaş təşkil etməsinə səbəb olub. Körpə ölümü halları 1990-cı illə müqayisədə təqribən 2 dəfədən çox aşağı düşüb. 2000-ci illə müqayisədə körpə ölümü hər 1000 nəfər diri doğulana orta hesabla 16,4-dən 2014-cü ildə 10,2-ə qədər azalıb”.

S.Müslümov Azərbaycanda ölümün səviyyəsinin nisbətən aşağı və sabit səviyyə ilə səciyyələndiyini bildirib: “Lakin çoxsaylı insan ölümünə səbəb olmuş Ermənistanın hərbi təcavüzü nəticəsində 1992-1994-cü illərdə ölüm səviyyəsinin göstəricisi xeyli artmışdı. Sonrakı illərdə Azərbaycan ilə Ermənistan arasında atəşkəs əldə olunduqdan sonra ölümün səviyyəsi azalmış və 2014-cü ildə əhalinin hər 1000 nəfərinə 5,9 nəfərə enmişdir”.

Nazir qeyd edib ki, 1999-cu ildə Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul edilib. Bu Proqram uğurla icra olunub və növbəti mərhələ, yəni yaxın 10 il üçün “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Layihə ictimaiyyətin geniş iştirakı, habelə BMT-nin Əhali Fondunun ekspert dəstəyi şəraitində daha da təkmilləşdirlib”.

S.Müslümov bildirib ki, əvvəlki sənədlərdə olduğu kimi, bu layihənin hazırlanmasında, ümumiyyətlə, ölkəmizdə demoqrafiya və əhali sakinliyinin inkişafı ilə bağlı siyasətin aparılmasında BMT-nin 1994-cü ildə Qahirə konfransında qəbul etdiyi “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının müddəalarına daim xüsusi önəm verilib: “Eyni zamanda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü vacib prinsiplər və eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının prioritetləri diqqətdə saxlanılıb”. Nazir gələcəkdə də BMT-nin Əhali Fondu ilə səmərəli əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

B.Osotimehin Azərbaycanda demoqrafiya və əhali sakinliyi sahəsində müsbət proseslərin BMT-nin Əhali Fondu tərəfindən maraq və rəğbətlə izlənildiyini vurğulayıb. O, təmsil etdiyi təşkilatın ölkəmizlə əməkdaşlığı gələcəkdə də məqsədyönlü şəkildə davam etdirmək əzmində olduğunu bildirib.

Görüşdə Azərbaycanda əhali sakinliyi və demoqrafik inkişaf sahəsində yeni Dövlət Proqramının layihəsi və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Siqaret sərxoş Gəncə sakinini xəstəxanalıq etdi

21 İyul 2017 02:49

"Gündən-günə daha yaxşı olacağıq" -

21 İyul 2017 02:36

Təbiət qoynunda gözəl villa - FOTO

21 İyul 2017 02:32

Gəncə şəhər sakini özünü yandırıb

21 İyul 2017 02:27

Lukaşenko Ukraynadadır

21 İyul 2017 02:24

Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub

21 İyul 2017 02:22

Mərdəkanda sürücü piyadanı vurub qaçmaq istəyərkən saxlanılıb

21 İyul 2017 02:02

"Hər bir komanda ilə oynamağa hazırıq" -

21 İyul 2017 01:56

Məşhur müğənni intihar etdi

21 İyul 2017 01:44

22 yaşlı gəlin 3 yaşlı oğlu ilə birlikdə yoxa çıxıb -

21 İyul 2017 01:35

Amerikanın problemlərini yandırdı - FOTO

21 İyul 2017 01:32

Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək

21 İyul 2017 01:29

Qriqorçuk: "Panatinaikos" Yunanıstan futbolunun nəhəngi, Avropada tanınan brenddir"

21 İyul 2017 01:27

"Koroğlu" metrostansiyası yaxınlığında piyadanı maşın vurub

21 İyul 2017 01:17

Emili gözəlliyi ilə yenə hamını valeh etdi -

21 İyul 2017 01:15

On otaqlı evdə yanğın

21 İyul 2017 01:09

"Panatinaikos" 2 il sonra Azərbaycana gəlir

21 İyul 2017 00:57

50 yaşlı cazibədar aktrisanın alt paltarsız FOTOSESSİYASI

21 İyul 2017 00:53

"İnter"in biabırçı məğlubiyyəti - VİDEO

21 İyul 2017 00:47

"Zirə" Avroliqa ilə belə vidalaşdı - VİDEO

21 İyul 2017 00:47

Bakıda yaşayış binasında yanğın baş verib -

21 İyul 2017 00:47

“Qəbələ” növbəti turda

21 İyul 2017 00:34

Avroliqada 55 metrdən FANTASTİK QOL - VİDEO

21 İyul 2017 00:28

"Qəbələ" Polşada mərhələ adladı

21 İyul 2017 00:28

İran Küveytə nota verdi

21 İyul 2017 00:19

Astroloji proqnoz - 21 iyul

21 İyul 2017 00:13

"Zirə"nin baş məşqçisi: "Məncə, Azərbaycanı yaxşı təmsil etdik"

21 İyul 2017 00:12

İki yaşlı uşaq yemişdən zəhərləndi

21 İyul 2017 00:09

Hamilə model çılpaq sessiyaya çəkildi - FOTO

21 İyul 2017 00:05

Ayxan Abbasov: "Bizim hakimlərə şükr etməliyik"

21 İyul 2017 00:05

Tovuzda 2 yaşlı oğlan zəhərlənib

21 İyul 2017 00:05

Günün qoroskopu: vədlərinizi gerçəkləşdirin

21 İyul 2017 00:05

Azərbaycan neftinin SON QİYMƏTİ - 50 dolları ötüb

21 İyul 2017 00:05

Məşhur müğənni intihar edib -

20 İyul 2017 23:55

Bronxoektatik formalı pnevmoniya

20 İyul 2017 23:52

Məşhur müğənni özünü asdı - FOTO

20 İyul 2017 23:48

Rəşad Sadıqov: "Zirə" son vuruşlarda dəqiq olsaydı, bəlkə də mərhələ adlayardı"

20 İyul 2017 23:47

Ayxan Abbasov: "Özümə söz vermişəm ki..."

20 İyul 2017 23:47

Əməlimiz harada ləngiyir ki, kamala aparmır?

20 İyul 2017 23:47

Oğlu "Porsche" ilə piyadanı tapdalayan rəis barədə araşdırma başladı - MAŞINI HANSI PULLA ALIB?

20 İyul 2017 23:42

Plevritin əmələ gəlmə səbəbləri

20 İyul 2017 23:42

Bakıda mübahisə güllələnmə ilə bitdi - VİDEO - FOTO

20 İyul 2017 23:37

"Astra"nın baş məşqçisi: "Zirə"nin futbolçuları simulyasiya edirdil"

20 İyul 2017 23:37

"10 ildə yığdığım bir gündə yandı" - Bərdə bazarında güclü yanğın - VİDEO - FOTO

20 İyul 2017 23:37

Bakının "İnter" klubu Avropa Liqası ilə vidalaşıb

20 İyul 2017 23:32

19 yaşlı Kayli erotik fotosessiyada - FOTO

20 İyul 2017 23:32

ABŞ Dağlıq Qarabağdakı seçkilərin nəticələrini tanımayacaq -

20 İyul 2017 23:30

Gəncədə DƏHŞƏTLİ QƏZA: Ana öldü, 4 aylıq körpəsi...

20 İyul 2017 23:28

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

20 İyul 2017 23:27

“Hesabı bərabərləşdirəndən sonra belə hərəkətlər edirdilər” – Yordanesku

20 İyul 2017 23:27