Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İsrail hərbçilərindən qəddar və biabırçı aksiya - VİDEO

İsrail hərbçilərindən qəddar və biabırçı aksiya - VİDEO

Date: 13 November 2015 11:57

İsrail Ordusunun hərbçiləri özlərini fələstinli ərəblər kimi qələmə verərək İordan çayının Qərb sahilindəki Hevron şəhərində xəstəxanaya soxulublar. Onlar hücumda şübhəli bilinən fələstinlini oğurlayıblar.

Milli.Az Reuters-ə istinadən bildirir ki, noyabrın 12-də keçirilmiş aksiya zamanı oğurlanan fələstinlinin qardaşı güllələnib.
Xəstəxanadan oğurlanan fələstinli iki həftə əvvəl israilli yəhudini bıçaqlamaqda şübhəli bilinir.  Onu xəstəxanadan oğurlamaq üçün İsrail Ordusu və Ümumi Təhlükəsizlik Xidməti "Şabak"ın 20 mənsubu cəlb olunmuşdu.
İsrailli hərbçilər və agentlər fələstinlilər kimi görünmək üçün pariklər, saqqallardan istifadə ediblər. Hərbçilərdən biri isə əlil arabasındakı hamilə qadına "çevrilmişdi".
"Fələstinlilər" və "hamilə" qadın xəstəxanaya giriblər. Az sonra qadın əlil arabasından qalxıb, onun yerinə xəstəxananın pasiyenti oturub.
İsraillilərin xəstəxanadan oğurladıqları şəxs 20 yaşlı fələstinli Əzzam Şəlaldehdir. Aksiya zamanı onun qardaşı, 27 yaşlı Abdulla Şəlaldeh qətlə yetirilib.
 

Milli.Az


Tags:  İsrail hərbçilərindən qəddar biabırçı aksiya VİDEO


RƏYLƏR


Top news