Hicran Hüseynova: Məişət zorakılığı halları ilə bağlı onlayn məlumat bazası yaradılır

Hicran Hüseynova: Məişət zorakılığı halları ilə bağlı onlayn məlumat bazası yaradılır
11:58 13 Noyabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatların toplanmasına başlanılıb, artıq pilot layihə kimi ilkin onlayn məlumat bazası yekunlaşmaq üzrədir.

Trend-in məlumatın görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynovanın sözlərinə görə, görülən işlərə baxmayaraq, hələ də zorakılıq faktlarına rast gəlinir: "Dövlətin əsas prioriteti qadınların öz hüquqlarını bilməsi, onların fəallığının artmasıdır. Lakin bəzi hallarda qadınlarımızın məlumatsızlığı bir çox çətinliklər yaradır. Eyni zamanda, qadınların iqtisadi cəhətdən gücləndirilməsi də mühüm məsələlərdəndir. Az təhsilli və iqtisadi asılılığı olan qadınlar daha çox zorakılığa məruz qalırlar. Belə qadınlar fiziki, psixi problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə də üzləşirlər. Belə halların qarşısının alınması üçün tədbirlər görülür".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR