Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bədii gimnastika üzrə XXII Bakı çempionatı və birinciliyi start götürüb

Bədii gimnastika üzrə XXII Bakı çempionatı və birinciliyi start götürüb

Date: 13 November 2015 12:05

Bu gün Azərbaycanda bədii gimnastika üzrə XXII Bakı çempionatı və birinciliyi start götürüb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, turnirdə Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "Ocaq", "Neftçi", "Spartak" və "Start" idman klubları, həmçinin, "Sərhədçi" İdman Olimpiya Kompleksini təmsil edən 110 gimnast iştirak edir.

Yarışların ilk günü 2005-2007-ci il təvəllüdlü gimnastlar fərdi proqramda çıxış edəcəklər. Günün sonunda çoxnövçülük üzrə mükafatçılar müəyyən ediləcək. Bura alətsiz, ip, halqa və top tapşırıqları daxildir.

Bundan sonra yarışlara alətsiz və topla tapşırıqları yerinə yetirəcək eyni yaş qrupuna aid olan qrup hərəkətləri komandaları, eləcə də halqa ilə tapşırıqlarda yarışacaq 2003-2004-cü il təvəllüdlü idmançılar qoşulacaqlar.

Milli.Az


Tags:  Bədii gimnastika üzrə XXII Bakı çempionatı birinciliyi start götürüb


RƏYLƏR


Top news