Rusiya polisi adam zorlayan azərbaycanlını tapa bilmir (FOTO)

Rusiya polisi adam zorlayan azərbaycanlını tapa bilmir (FOTO)
12:06 13 Noyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya hüquq-mühafizə orqanları adam zorlamaqda şübhəli bilinən Azərbaycan vətəndaşını axtarır.

ANS PRESS-in Rusiya kütləvi informasiya vasitələrinə (KİV) istinadən verdiyi məlumata görə, Kursk vilayətinin hüquq mühafizə orqanları zorlamada şübhəli bilinən 25 yaşlı Azərbaycan Respublikasının Göygöl rayon sakini Sərxan Məhəmməd oğlu Bayramovu axtarışa verib. Hazırda o istintaqdan yayına bilib.

Bolşesoldatski rayonunun hüquq-mühafizə orqanları S. Bayramovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (zorlama) maddəsi ilə axtarını elan edib. Hal-hazırda cinayəti törədən şəxsin yeri məlum deyil.

Həmin şəxs haqqında məlumatı olan vətəndaşların hüquq-mühafizə orqanlarının telefon nömrələri ilə əlaqə saxlamaları barədə polis əhaliyə müraciət edib.


Artarılan Sərxan Bayramov

Bundan əvvəl də bir neçə dəfə Rusiya Federasiyasında zorlama əməli törədən azırbaycanlılar axtarışa verilib. Onlardan bəzilərini Azərbaycan respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları saxlayıblar.

Oktyabr ayının 8-də Sumqayıt Şəhər Polisİdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci (zorlama) və 132-ci (seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddələri ilə axtarışda olan Vüsal Bağırov tutulub.

Vüsal Bağırovdan 5 gün əvvəl isə Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci (zorlama) maddəsi ilə axtarışda olan Seymur Məmmədov saxlanılmışdı.

Həmin hadisədən əvvəl isə 132-ci maddə (zorlama) ilə axtarışda olan Kamran Hüseynov saxlanılmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364680

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR