Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Soyunub qalmaqal yaradanlar rüsvay oldular - VİDEO - FOTO

Soyunub qalmaqal yaradanlar rüsvay oldular - VİDEO - FOTO

Date: 13 November 2015 12:12

Qalmaqallı performansları və aksiyaları ilə daim medianın gündəmində olan FEMEN hərəkatı ilə bağlı qalmaqal yaranıb.

Ukraynanın qadınlardan ibarət bu təşkilatının zahirən "protest ideologiya"sının artıq merkantil məqamlarla əvəzləndiyi aşkarlanıb.

Milli.Az LifeNews-a istinadən bildirir ki, FEMEN-in dünən Kiyevdə, Ukraynanın Ali Radasının qarşısında keçirdiyi aksiya ərəfəsində hərəkatın baniləri Aleksandra Şevçenko, Oksana Şaçko Yana Jdanova ilə lider Anna Qusol  danışıblar.

A.Qusol onlara təşkilatı "kommersiya əsasları"na keçirməyi təklif edib.

İndiyədək FEMEN hərəkatının yeganə gəlir mənbəyi hərəkatın suvenirləri və atributikasının satıldığı Femenshop internet-dükanı idi.

Qusol söhbət əsnasında deyib: "Femenshop artıq mifdir. Başqa gəlir mənbələrimiz var. Hərəkatı yeni səviyyəyə qaldırmaq, bir aksiyaya görə ən azı 1000 dollar almaq imkanları var. Belə aksiyalarda iştirak etmək imkanın var? Qızlardan kimisə cəlb edə bilərsən?"

Daha sonra FEMEN lideri yalnız ukraynalı qadınları cəlb etməyi düşündüyünü deyib: "Pul qazanmaq üçün əcnəbiləri işə qatmamalıyıq. Londonda Madam Tüsso Müzeyinin qarşısında, bir də Davosdakı sammitdəki aksiyalar üçün adam yığmalıyıq. Fransız qadınlara ehtiyacımız qalmamalıdır. Axı Kiyevdə əla qadınlarımız var. Fransızlar kimsəyə gərək deyil".

Anna Qusolun bu açıqlamaları FEMEN-i parçalaya bilər.

Milli.Az




Tags:  Soyunub qalmaqal yaradanlar rüsvay oldular VİDEO FOTO


RƏYLƏR


Top news