Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa Məhkəməsindən Azərbaycanla bağlı qərar

Avropa Məhkəməsindən Azərbaycanla bağlı qərar

Date: 13 November 2015 12:16

Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Palatası “Azadlıq” qəzetinin keçmiş əməkdaşı Mirzə Sakitin (Zahidov) ərizəsi ilə bağlı ilkin qərar çıxarıb.

Məhkəmə ona qarşı Avropa İnsan Haqları Konvensiyasının istintaqın ədalətli aparılmasını əks etdirən 6-cı maddəsinin pozulmasını təsdiqləyib.

Məlumata görə, məhkəmənin çıxardığı qərara görə, Azərbaycan tərəfi Mirzə Sakitə 9 min avro dəyərində mənəvi və 3, 048 avro dəyərində digər xərclər üçün təzminat ödəməlidir.

Sakit Zahidov 2006-cı il iyunun 23-də narkotik maddə saxlamaqda ittiham olunaraq həbs edilib və 3 il iş alıb.
Amma Azərbaycanın bəzi hüquq müdafiəçilərinin bildirirdilər ki, Sakit tənqidi satirik şeirlər yazdığı üçün həbs edilib. 2009-ci il aprel ayında həbsdən aminitsiya ilə azad edilib.

Sakit Zahidov hazırda Belçikada yaşayır.


Mirzə Sakit - “Azadlıq” qəzetinin keçmiş əməkdaşı

Bir müddət öncə Avropa Məhkəməsinin qərarı ilə mühacirətdə olan jurnalist Aqil Xəlilin şikayəti əsasında 28 min avro təzminatı ödənilməsi barədə də qərar çıxarılmışdı.

Bu barədə ANS PRESS-ə Avropa Məhkəməsinin verdiyi qərarı şərh edən vəkil Rəşid Hacılı deyib.

2008-ci ilin fevral ayının 22-də A.Xəlil " Zeytun Bağları" adlanan ərazidə ağacların kəsilməsi haqqında reportaj hazırlayarkən orada iki nəfər - Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi, polkovnik Akif Çovdarov və həmin idarənin əməkdaşı Dağbəyi Allahverdiyev tərəfindən döyülmüşdü.


Aqil Xəlil - mühacirətdə olan jurnalist

Aqil Xəlil Fransada yaşayır.



Tags:  Avropa Məhkəməsindən Azərbaycanla bağlı qərar


RƏYLƏR


Top news