Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cem Yılmaz: "32 ildir, qardaşımı görmürdüm" - VİDEO

Cem Yılmaz: "32 ildir, qardaşımı görmürdüm" - VİDEO

Date: 13 November 2015 12:17

Cem Yılmaz dünən "3 Adam" verilişinin qonağı olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, verilişə ilk dəfə qatılan Cem Yılmaz izləyiciləri qəhqəhəyə boğub.

Veriliş əsnasında aparıcılar tərəfindən sürpriz qonaq olaraq studiyaya Cem Yılmazın qardaşı Can Yılmaz dəvət edilib. Cem Yılmazın: "32 ildir, qardaşımı görmürdüm, dəvət etməyiniz çox yaxşı oldu", - deyərək zarafat etməsi zaldakıların gülüşünə səbəb olub.

Cem Yılmazın qardaşını gözləyərkən etdiyi zarafatlar sosial medianın ən çox müzakirə edilən mövzusu olub. Bu videolar minlərlə insan arasında paylaşılıb.

Milli.Az


Tags:  Cem Yılmaz 32 ildir qardaşımı görmürdüm VİDEO

RƏYLƏR


Top news