Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İtkin düşən sonuncu balıqçının da meyiti tapıldı

İtkin düşən sonuncu balıqçının da meyiti tapıldı

Date: 13 November 2015 12:19

Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən 3 balıqçıdan sonuncusunun da meyiti tapılıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, balıqçı LaçınLaçınovun meyiti dənizin Niyazabad kəndi sahilində aşkarlanıb.

 

Qeyd edək ki, noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilmişdi. Onların axtarışınaFövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin xilasediciləri, helikopteri cəlb olunmuşdu.

 

Bir gün sonra balıqçılardan birinin - Tikanoba kənd sakini Həmzə Nurəddinovun meyiti sahildən 500 metr içəridə tapılıb. Meyit Xəzər dənizinin Xaçmaz rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanıb.

 

Noyabr ayının 12-də isə balıqçı İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq ailəsinə təhvil verilib.


Tags:  İtkin düşən sonuncu balıqçının meyiti tapıldı

RƏYLƏR


Top news