Məşhur müğənnini ilk dəfə belə görəcəksiniz

Məşhur müğənnini ilk dəfə belə görəcəksiniz
12:21 13 Noyabr 2015
36 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur müğənni Adel filmə çəkiləcək.

ANS PRESS-in məlumatına görə, 3 ildən sonra səhnəyə dönən Adel kinoya çəkiləcək. İfaçı “Hello” klipinin rejissoru kanadalı Xavyer Dolanın “Con.F.Donovanın ölümü və həyatı” dramatik filmində çəkiləcək.

“Bilirəm bir çoxunuz birmənalı qarşılayacaqsınız ,amma Ksavye (Xavyer Dolan) ilə birgə işlədikdən sonra dramatik filmdə çəkilmək istəyim yaranıb” -deyən Adel filmdə çəkilmək istəyini belə izah edib.

Məlumdur ki, ifaçı filmdə ikinci planda olacaq.

Adel 3 il sonra ilk mahnısını və klipini bu ilin oktyabr ayında təqdim edib. O, 3 il ara verməsinin səbəbini belə açıqlayıb. "Üzrlü hesab edin ki, sizi bir az gözlətdim. Belə alındı"


Adel - Hello

İfaçı "İnstaqram"da 22 oktyabrda qeydiyyatdan keçib , artıq onun 2.2 milyon izləyicisi var. Maraqlıdır ki, Adel özü heç kimi izləmir.


Adelin "İnstaqram" hesabı

Adelin övladı dünyaya gəldikdən sonra sənətdən uzaqlaşmışdı. Onun 2011-ci ildə təqdim etdiyi "21" adlı albomu 11 milyondan çox nüsxə satılaraq "Bilboard" və "Rolling Stones" hit-paradlarının versiyası üzrə ilin albomu seçilib. Adel 10 "Qremmi", 5 "Brit Awards" və həmçinin "Qızıl Qlobus" və "Oskar" mükafatlarının sahibidir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=364689

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR