İŞİD Rusiyanı hədələdi: "Qafqazı geri alacağıq" - FOTO

İŞİD Rusiyanı hədələdi: "Qafqazı geri alacağıq" - FOTO
12:22 13 Noyabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması tərəfindən yayılan videomüraciətdə Rusiya ərazisində "qanlı hücumların" həyata keçiriləcəyi barədə hədə səslənir.

Cihadçıların təbliğatını izləyən SITE monitorinq qrupu bildirir ki, İslam Dövləti qruplaşmasının media bölümü videonu rus dilində hazırlayıb.

Çoxsaylı qətl səhnələrini əks etdirən çarxda deyilir ki, "Qafqaz geri alınacaq və onun qara qüvvələr tərəfindən idarə olunmasına son qoyulacaq".

Milli.Az BBC-yə istinadən bildirir ki, videomüraciətdə "çox qısa zaman içində qanın su yerinə axıdılacağı" deyilir.

İŞİD  qruplaşmasının cihadçıları Sinay yarımadası üzərində Rusiyaya məxsus A321 təyyarəsinin qəzasına görə məsuliyyəti öz üzərlərinə götürüblər.

Kogalymavia şirkətinə məxsus A321 təyyarəsi oktyabrın 31-də Şarm əl-Şeyxdən Sankt-Peterburqa yola düşəndən 23 dəqiqə sonra qəzaya uğrayıb. Göyərtədəki 224 nəfərin ölümü ilə nəticələnmiş qəzanın baş verdiyi təyyarədə sərnişinlərin əksəriyyəti rusiyalı olub.

Böyük Britaniya kəşfiyyatı qəzanın yük bölməsinə yerləşdirilmiş bomba partlayışı nəticəsində baş verməsi ehtimalının yüksək olduğunu bidlirib.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/382058.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR