Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eldar Mahmudovun əmisi oğlunun yerinə TƏYİNAT

Eldar Mahmudovun əmisi oğlunun yerinə TƏYİNAT

Date: 13 November 2015 12:24

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

 

Lent.az azvision.az-a istinadən xəbər verir ki, nazir Ramil Usubovun müvafiq əmri ilə Neftçala rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əli İbrahimov Səbail Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, vəzifəsindən azad olunan Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğludur.

 

Nazirin digər əmri ilə Sabirabad rayon Polis Şöbəsinin (PŞ) Cinayət Axtarış Bölməsinin rəisi Vüsal Şəbəndiyev Neftçala rayon Polis şöbəsinin rəis gətirilib.

 

Bundan başqa Mingəçevir Rayon Polis İdarəsinin rəisi Ələsgər Bədəlov da pensiya yaşına çatdığına görə, Daxili İşlər Orqanlarından xaric edilib.  

 


Tags:  Eldar Mahmudovun əmisi oğlunun yerinə TƏYİNAT

RƏYLƏR


Top news