​Bu il Azərbaycanda orta aylıq əmək haqqı 4%-dən çox artıb

​Bu il Azərbaycanda orta aylıq əmək haqqı 4%-dən çox artıb
12:27 13 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu il oktyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 506,3 min nəfər olub, onlardan 877,1 min nəfəri iqtisadiyyatın dövlət, 629,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Muzdla işləyənlərin 22,2%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində çalışıb.
Bundan əlavə muzdla işləyənlərin 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 17,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Carii ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4% artaraq 461,1 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bu-il-orta-emek-haqqi-4-den-cox-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR