"BakuBus" sərnişinlərə sürpriz hazırlayır

"BakuBus" sərnişinlərə sürpriz hazırlayır
12:32 13 Noyabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

"BakuBus" sərnişinlərə bir neçə sürpriz hazırlayır.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, "BakuBus"da sərnişinləri sevindirəcək yeni layihələr üzərində iş gedir: "9 Noyabr -  Dövlət Bayraq Günü ilə əlaqədar "BakuBus" MMC-yə məxsus avtobuslar Azərbaycan bayraqları ilə bəzədilmişdi. Bu aksiya ilə biz bildirdik ki, vətənpərvərliyi təkcə söz yox, həm əməldə də göstərmək lazımdır. "BakuBus" bayraq aksiyası vətəndaşlar tərəfindən də çox böyük rəğbətlə qarşılandı. Onların çoxu bunu xoş sürpriz adlandırdı. Bildiririk ki, bizim sərnişinlər və Bakı sakinləri üçün bundan sonra xoş sürprizlərimiz çox olacaq. Bununla bağlı şirkət tərəfindən bir neçə təklif hazırlanıb. Onlardan hansısa razılaşdırılsa və barəsində yekun qərar qəbul edilsə, bu barədə ictimaiyyətə məlumat veriləcək".

N.Allahyarova qeyd edib ki, yaxın günlərdə bu layihələrdən biri ictimaiyyətə açıqlanacaq. Lakin "BakuBus"ın sözçüsü onun nədən ibarət olduğu barədə məlumat verməyib.

İlkin İzzət

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/382145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR