Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Azərbaycanda 19 il həbs cəzası almış şəxsin apellyasiya şikayətinə baxılıb

Date: 13 November 2015 12:37

“Report”un məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə iş baxışdan çıxarılıb, birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və şəhər prokurorluğunun birgə məlumatına əsasən, oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xəzri TN” MMC-yə məxsus çörək zavodunun qarışısında həmin zavodda fəhlə işləyən Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla zavodda sürücü və fəhlə işləyən Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.
E.Kərimov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Bakı şəhər BPİ və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunub, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.
Bu ilin avqust ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində O.Abdullayev 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Tags:  Azərbaycanda 19 il həbs cəzası almış şəxsin apellyasiya şikayətinə baxılıb

RƏYLƏR


Top news