Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi qəzaya düşüb

​Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi qəzaya düşüb

Date: 13 November 2015 12:42

Bakı. 13 noyabr. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi Vladimir Biryukov Bakıda avtomobil qəzasına düşüb.
"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu, Azadlıq Prospektində baş verib.
Rusiya Federasiyasının Azərbaycandakı səfirinin birinci katibi 1961-ci il təvəllüdlü Vladimir Biryukovun idarə etdiyi səfirliyə məxsus "Hundai Santa Fe" markalı D 00406 nömrəli avtomobillə Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Aqil Əliyevin idarə etdiyi "Toyota Fortuner" markalı 10 SS 620 nömrəli avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib, ağır xəsarət alan olmayıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Tags:  Rusiyanın Azərbaycandakı səfirliyinin birinci katibi qəzaya düşüb

RƏYLƏR


Top news