Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan gömrük bəyannaməsini sadələşdirir

Azərbaycan gömrük bəyannaməsini sadələşdirir

Date: 13 November 2015 12:43

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan ixrac-idxal əməliyyatları zamanı tətbiq edilən gömrük bəyannamələrinin sadələşdirilmiş formasının tətbiqinə başlayır.

Trend-in məlumatına görə, bunu “Biznes subyektləri üçün əlverişli şərait yaradılması məqsədilə gömrük prosedurları və əməliyyatları üzrə tətbiq edilən sadələşdirmələr” mövzusuna dair seminarda Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin əməkdaşı Cəfər Quluzadə deyib.

Onun sözlərinə görə, sahibkarlar qısa bəyannamələrin tətbiqindən sonra ixrac-idxal əməliyyatları zamanı qənaət edəcəklər.

C.Quluzadə qeyd edib ki, DGK boru kəmərləri üzrə enerji resurslarının ixdxalı və ixracı, eləcə də elektrik enerjisinin tranziti üçün bəyannamənin sadələşdirilmiş formasını tətbiq etməyi planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan gömrük bəyannaməsini sadələşdirir

RƏYLƏR


Top news