Nazir: Məişət zorakılığının istənilən formasına görə ağır cəzalar qoyula bilər

Nazir: Məişət zorakılığının istənilən formasına görə ağır cəzalar qoyula bilər
12:43 13 Noyabr 2015
30 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 noyabr /Treçnd, müxbir İlhamə İsabalayeva/

"Məişət zorakılığın baş vermə səbəblərinin minimuma endirilməsi üçün hüquqi tənzimləmə də tətbiq oluna, məişət zorakılığının istənilən formasına görə ağır cəzalar da qoyula bilər".

Trend-in məlumatın görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Məişət zorakılığının qarşısının alınması üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, məişət zorakılığına məruz qalmış qadın və uşaqların, bəzi hallarda isə kişilərin reabilitasiyası və sosial müdafiəsi son dərəcə vacibdir. Lakin bu, prosesin nəticələrini tam aradan qaldırmağa qadir deyildir: "Ən vacib olanı bu zorakılığın baş vermə səbəblərinin minimuma endirilməsidir. Bunun üçün hüquqi tənzimləmə də tətbiq oluna bilər, məişət zorakılığının istənilən formasına görə ağır cəzalar da qoyula bilər. Amma, fikrimizcə, bunlardan daha səmərəlisi ailələrin sosial rifahının gücləndirilməsidir. Yüksək sosial rifah məişət zorakılığının aradan qaldırılmasında əsas yoldur desəm, yəqin ki, yanılmaram".

Azərbaycanda insan hüquq və azadlıqları üzrə mükəmməl hüquqi baza yaradıldığını vurğulayan S.Müslümov deyib ki, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu günədək 10 qeyri-dövlət yardım mərkəzi akkreditasiya edilib. Bu il regionlarda zorakılıq qurbanı olan uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Mərkəzi Aran rayonlarını əhatə etməklə Ucar rayonunda “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilib.

S.Müslümov əlavə edib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avstriya Respublikasının müvafiq qurumu (Vyana şəhəri İşçi Nümayəndəliyi) tərəfindən birgə ikiillik (01 iyun 2015 - 31 may 2017) “Sosial xidmət təminatının inkişafı” Tvinninq layihəsinin icrasına başlanılıb: "Layihənin məqsədi çətin həyat şəraitində olan şəxslərin sosial inklüziyasının təmin edilməsi, müvafiq sahədə qanunvericiliyin və institutsional mexanizmlərin təkmilləşdirilməsi və keyfiyyətli sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılmasıdır. Layihənin icrası ilə əlaqədar sosial xidmət təminatı üzrə uşaqlı ailələr, ahıllar, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər və məişət zorakılığından zərər çəkmiş şəxslər hədəf qruplar kimi müəyyən edilib. Layihənin ilkin mərhələsində ölkədəki ümumi vəziyyət araşdırılıb. Layihə çərçivəsində pilot qaydada sosial xidmətin inkişafı üçün 1 şəhər və 3 rayon (Gəncə şəhəri, Bakı şəhərinin Xəzər rayonu, Lənkəran və Xaçmaz rayonları) pilot olaraq seçilib. Hazırda bu istiqamətdə sadalanan hədəf qruplar üzrə ümumi strategiyanin hazlrlanması nəzərdə tutulur".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR