Tiflisdə Beynəlxalq Qafqaz Media Forumu keçirilir

Tiflisdə Beynəlxalq Qafqaz Media Forumu keçirilir
12:44 13 Noyabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Tiflisdə “Dünyadakı sarsıntılar dönəmində kim duruş gətirəcək?” (В эпоху мировых потрясений: кто устоит?) mövzusunda ikigünlük Beynəlxalq Qafqaz Media Forumu başlayıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir "Qruziya i mir" qəzetinin və Rusiyada fəaliyyət göstərən "Sever-Yuq" Siyasi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilir. Foruma Cənubi Qafqaz ölkələri, Rusiyadan olan KİV nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və ekspertlər qatılıb. 

 

"Sever-Yuq" Siyasi Mərkəzinin direktoru Yuliya Yakuşeva çıxışında forumun artıq üçüncü dəfədir, keçirildiyini qeyd edib. Tədbirdə "Danışır Moskva" radiostansiyasının direktoru Vladimir Mamontov "Hökmranlıq əsrinin sonu" adlı məruzə ilə çıxış edib. Məruzə ilə bağlı forum iştirakçılarının sualları cavablandırılıb.

 

Forum çərçivəsində panellərdə diskussiya və gənc jurnalistlərlə ineraktiv oyunlar təşkil olunacaq.
 

Tədbir sabah davam edəcək. 

 

Tədbirdə iştirak edən APA İnformasiya Agentliyinin baş direktoru Nurşən Quliyev jurnalistlərə forumun regionda və dünyada baş verən hadisələr fonunda aktual olduğunu bildirib: "Burada əsasən, Cənubi Qafqaz ölkələrinin media nümayəndələri iştirak edir və bu cəhətdən istər Azərbaycanda, istər Ermənistanda, istərsə də Gürcüstanda baş verənləri müzakirə etmək üçün şərait yaranıb. Bizim üçün bu forum Azərbaycan həqiqətlərinin çatdırılması baxımdan faydalı meydan sayıla  bilər”.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221420

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR