Cüdoçularımız Okeaniya kuboku uğrunda yarışın ilk günündə üç medala sahib olublar

Cüdoçularımız Okeaniya kuboku uğrunda yarışın ilk günündə üç medala sahib olublar
12:48 13 Noyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Vullonqonqda (Avstraliya) təşkil edilən cüdo üzrə Okeaniya kuboku uğrunda yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub.
AZƏRTAC xəbər verir ki, qadın atletlərin yarışında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı Honkonq, ABŞ və İndoneziya idmançılarına qalib gələrək finala çıxıb. O, həlledici görüşdə ABŞ təmsilçisi Ketilin Boysa məğlub olub və gümüş medalla kifayətlənib.
Digər cüdoçularımız Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) isə “yaşıl ada”da bürünc medal qazanıblar.
Turnirdə daha bir cüdoçumuz Xanım Hüseynova bürünc medal uğrunda görüşdə lüksenburqlu Teylor Kinqə uduzaraq beşinci yeri tutub.
Qeyd edək ki, sabah Avstraliyada daha 5 cüdoçumuz mübarizəyə qoşulacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudochularimiz_Okeaniya_kuboku_ugrunda_yarisin_ilk_gununde_uch_medala_sahib_olublar-901664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR