Yanvar-oktyabrda “Azneft” İB-də 5,7 milyon tondan çox neft hasil edilib

Yanvar-oktyabrda “Azneft” İB-də 5,7 milyon tondan çox neft hasil edilib
12:48 13 Noyabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Yanvar-oktyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) 5 milyon 744 min 79 ton neft hasil olunub, 5 milyon 713 min 947 ton neft isə təhvil verilib.
İB-dən AZƏRTAC-a bildirilib ki, on ayda “Azneft”də 5 milyard 142 milyon 738 min kubmetr qaz hasil edilib və 4 milyard 161 milyon 347 min kubmetr qaz satışı həyata keçirilib.
Ötən dövrdə birlikdə 3 min 951 quyuda texniki tədbir görülüb ki, nəticədə 48 min 929 ton əlavə neft çıxarılıb. 620 quyuda isə geoloji tədbir görülüb və 232 min 482 ton neft hasil edilib.
Hazırda İB-nin ümumi istismar quyu fondu 3 min 348-ə bərabərdir. Onlardan 3 min 87-si fəaliyyətdə olan quyu fonduna, 248-i fəaliyyətsiz fonda daxildir, 13 quyu isə mənimsəmədədir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yanvar_oktyabrda_Azneft_IB_de_57_milyon_tondan_chox_neft_hasil_edilib-901663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR