Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Quldurluq edən narkotik satıcısına hökm oxunub

Quldurluq edən narkotik satıcısına hökm oxunub

Date: 13 November 2015 12:54

 

 

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluğa cəhd etməkdə və narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən 1991-ci il təvəllüdlü Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, R.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, bu ilin iyun ayında R.Məmmədov İlqar Cəfərzadəyə qarşı soyğunçuluğa cəhd etdiyinə görə tutulub. Hadisə zamanı onun üzərindən narkotik vasitələr götürülüb.

 

O, Cinayət Məcəlləsinin 29,180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə, cinayət etməyə cəhd) və 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.


Tags:  Quldurluq edən narkotik satıcısına hökm oxunub

RƏYLƏR


Top news