Oktyabrda “Brent”in orta qiyməti sentyabrla müqayisədə 1 dollar/barrel artıb

Oktyabrda “Brent”in orta qiyməti sentyabrla müqayisədə 1 dollar/barrel artıb
12:58 13 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, Nihad Budaqov, AZƏRTAC
Oktyabrda “Brent” markalı xam neftin orta qiyməti sentyabr ilə müqayisədə 1 dollar/barrel artaraq 48 dollar/barrel olub.
AZƏRTAC “fuelmarketernews” saytına istinadla xəbər verir ki, bu il üzrə “Brent”in orta qiymətinin 54 dollar/barrel, 2016-cı ildə isə 56 dollar/barrel olacağı proqnozlaşdırılır.
Qərbi Texas növü “Layt” (WTI) markalı xam neftin qiymətlərinin isə 2015-ci və 2016-cı illərdə “Brent”lə müqayisədə müvafiq olaraq 4 və 5 dollar az olması nəzərdə tutulur.
ABŞ-ın Enerji İnformasiya İdarəsi, ölkənin ümumi xam neft istehsalının oktyabrda sentyabr ayı ilə müqayisədə gündəlik 40 min barrel azaldığı qənaətindədir. ABŞ-ın xam neft istehsalının azalmasının 2016-cı ilin üçüncü rübünə qədər davam edəcəyi proqnozlaşdırılır. ABŞ-da gündəlik xam neftin hasilatının 2015-ci ildə orta hesabla 9,3 milyon/barrel, 2016-cı ildə isə 8,8 milyon barrel olacağı təxmin edilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oktyabrda_Brentin_orta_qiymeti_sentyabrla_muqayisede_1_dollar_barrel_artib-901667

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR